Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbləri (UGİM), eləcə də Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) 120 yeniyetmə boksçu arasında keçirilən sparinqdə idmançılar məşq prosesində öz bacarıqlarını nümayiş etdirib, təcrübələrini artırmaq imkanı qazanıblar. Məşq və sparinq zamanı idmançılar arasında dostluq, qarşılıqlı hörmət və sağlam rəqabət mühiti hökm sürüb.
Təşkilində məqsəd boksçuların peşəkarlıq səviyyəsinin, yarış təcrübəsinin artırılması, onların arasında sağlam rəqabət mühitinin təşviqi, idmançıların fiziki və mənəvi inkişafı və sağlam həyat tərzinin təbliği olan tədbir iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, boksçuların çıxışları alqışlarla müşayiət olunub.
Boksçular Cənub Regional Boks Mərkəzində bir araya gəliblər


