İslamiada: Cüdo yarışlarında növbəti bürünc medal

İslamiada: Cüdo yarışlarında növbəti bürünc medal

Olimpizm xəbərləri

08.11.2025, 19:45

Azərbaycan cüdoçusu Ruslan Paşayev VI İslam Həmrəyliyi Oyunlarında komandamıza növbəti bürünc medalı qazandırıb. 

Olimpnews.az xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Erbol Abasbekova qalib gəlib. 

Daha əvvəl digər cüdoçularımızdan Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) isə bürünc medal qazanıb. 

Qeyd edək ki, görüşü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR