Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları sona yaxınlaşır.
Olimpnews.az xəbər verir ki, bu gün 1/4 finalın son üç iştirakçısının adına aydınlıq gələcək.
Günün ilk saat 15:00-da "Qəbələ" I Liqa təmsilçisi ilə "Şəfa" komandaları arasında keçiriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Əli Əliyev olacaq. Mərhələninn digər oyununda "Araz-Naxçıvan" və "Kəpəz" komandaları üz-üzə gələcək. Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma "Liv Bona Dea Arena" keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Eyni saatda "Difai" klubu "Sumqayıt"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq.


