Azərbaycan çempionatının açılıž mərasimi keçirildi
Olimpizm xəbərləri
06.12.2025, 17:00
Dekabrın 6-da Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Olimpnews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, “AZMAN" Holdinqin rəhbərliyi, Olimpiya çempionları, həmçinin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından bəhs edərək, cüdonun Azərbaycanda yüksək templə inkişaf etdiyini vurğulayıb. Nazir Paris Olimpiadasında Azərbaycan cüdoçularının qazandığı iki qızıl medalı xatırladaraq, bu uğurda federasiyanın rolunu yüksək qiymətləndirib. O, regionlarda yeni idman zallarının istifadəyə verilməsinin cüdonun kütləviləşməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb. ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında Azərbaycan cüdoçularının beynəlxalq arenada, o cümlədən III MDB Oyunları və VI İslam Həmrəyliyi Oyunlarında qazandıqları nailiyyətlərdən danışıb. O bildirib ki, bu il ölkə cüdoçuları beynəlxalq yarışlarda 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla, ümumilikdə 253 medal əldə ediblər. Rəşad Rəsullu çıxışının sonunda çempionatın təşkilinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, federasiyanın baş sponsuru “Azercell Telecom”a, həmçinin yarışın sponsoru “AZMAN” Holdinq şirkətinə minnətdarlığını bildirib. Mərasim çərçivəsində “AZMAN” Holdinq cüdonun inkişafına verdiyi töhfələrə görə Azərbaycan Cüdo Federasiyası tərəfindən təltif olunub. Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib. Rəsmi çıxışlardan sonra final görüşlərinə start verilib. Ümumi mükafat fondu 50 min manat olan budəfəki çempionatda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu medallar uğrunda yarışır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol