Jalə Əliyeva: “Ardıcıl ikinci dəfə İslam Oyunlarının qalibi olmaq qürurvericidir” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
08.12.2025, 21:43
Azərbaycan qadın güləşinin son illərdə yetişdirdiyi ən parlaq simalardan biri olan Jalə Əliyeva növbəti dəfə adını qızıl hərflərlə tarixə yazdırdı. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız VI İslam Həmrəyliyi Oyunlarında bütün rəqiblərinə qalib gələrək ardıcıl ikinci dəfə bu mötəbər yarışın çempionu oldu. O, İslamiadada ilk qızılını 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qazanmışdı. Jalə Əliyeva İslamiadada əldə etdiyi və gələcək planları barədə Olimpnews.az saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik. - Jalə xanım, VI İslam Həmrəyliyi Oyunlarında qazandığınız çempionluq ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər yarışa hazırlıq prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu? - VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaq mənim üçün həm böyük qürur, həm də məsuliyyət idi. Yarışa hazırlıq prosesində həm fiziki, həm də psixoloji hazırlıq üzərində ciddi şəkildə çalışdıq. Düzünü desəm, ən çətin məqam məhz yüksək təzyiq altında özümü ruhən möhkəm saxlamaq idi. Lakin komanda yoldaşlarımın, məşqçilərimin davamlı dəstəyi və inamı sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım. - Ardıcıl ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldunuz. Fərqli ölkələrdə çempionluq sevinci yaşayan idmançı kimi, bu iki yarışın oxşar və fərqli cəhətlərini nədə görürsünüz? - İslam Həmrəyliyi Oyunlarının ardıcıl qalibi olmaq qürurvericidir. Hər iki yarışın özünəməxsus çətinlikləri və gözəllikləri var. Oxşar cəhət ondan ibarət idi ki, hər iki turnirdə son dərəcə yüksək rəqabət hökm sürürdü və Azərbaycan bayrağını zirvəyə qaldırmaq hər dəfə eyni dərəcədə qürurverici idi. Fərqli məqamlar isə əsasən yarışların keçirildiyi ölkələr, ümumi atmosfer və azarkeş dəstəyi ilə bağlı idi. Müxtəlif ölkələrdə çempionluq qazanmaq idmançının fərqli mühitlərə uyğunlaşmaq bacarığını formalaşdırır və onun təcrübəsini daha da zənginləşdirir. - Yarışdan sonra ilk olaraq kiminlə danışdınız və həmin an eşitdiyiniz təbrik sizə necə təsir bağışladı? - İlk olaraq anamla danışdım. Onu hər zaman sevindirmək mənim üçün ən böyük xoşbəxtlikdir. Anamın dəstəyi mənim üçün çox dəyərlidir. - İslamiada ərzində hansı görüş sizin üçün daha çətin oldu? - Bu yarışda mənim üçün ən həlledici görüş Türkiyə təmsilçisi ilə oldu. Həmin rəqiblə əvvəlki turnirlərdə də qarşılaşmışdım. Onun nə qədər güclü, taktiki baxımdan hazırlıqlı idmançı olduğunu yaxşı bilirdim. Rəqibimə düzgün taktika seçməklə qalib gəldim. Məhz bu görüş yarışın taleyini mənim üçün həll edən dönüş nöqtəsi oldu. - Bu Oyunlarda medal qazanan qadın güləşçilərimizin əksəriyyəti regionlardan yetişən idmançılardır. Sizcə, regionlarda qadın güləşi üçün bu yarışın hansı təsirləri var? - Bu Oyunlarda medal qazanan qadın güləşçilərin əksəriyyətinin regionlardan çıxması bir daha göstərdi ki, bölgələrdə də istedadlı və yüksək potensiala sahib idmançılar yetişir. İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda əldə edilən nəticələr regionlarda qadın güləşi üzrə marağın və dəstəyin artmasına səbəb olacaq. Bu da gələcəkdə daha geniş və güclü bir idmançı bazasının formalaşmasına zəmin yaradacaq. - 2025-ci il ümumilikdə sizin üçün necə keçdi? - 2025-ci il mənim üçün həm zədələrlə, həm də uğurlarla dolu oldu. Zədələrim çox olsa da, onlarla mübarizə apardım. Özümə ən böyük iradım bəzən zədələrin təsiri altında tam potensialımı göstərə bilməməyimdir. Amma buna baxmayaraq, əzmlə çalışaraq, medallarla və uğurlarla dolu bir il keçirdim. - Bəzən güləşdə bir məğlubiyyət idmançıya qələbədən də daha çox dərs verir. Sizi daha da gücləndirən, yadda qalan belə bir məğlubiyyətiniz olubmu? - Bəli, belə bir məğlubiyyətim olub və əminliklə deyə bilərəm ki, həmin qarşılaşma mənə çox önəmli dərslər verdi. Doğrudur, qələbə anlarında bəzən buraxdığımız səhvləri görmürük, lakin məğlubiyyət insanı daha dərindən düşünməyə, özünü təhlil etməyə vadar edir. Mənim üçün ən yaddaqalan məğlubiyyətlərdən biri beynəlxalq turnirlərin birində, gözləmədiyim məqamda oldu. Həmin qarşılaşma mənə həm texniki, həm də psixoloji baxımdan hansı cəhətlər üzərində daha çox çalışmalı olduğumu açıq şəkildə göstərdi. - Üç il sonra Olimpiya həyəcanı başlayacaq. Sizcə, bu müddətdə hansı cəhətlərdə daha çox inkişaf etməlisiniz ki, olimpiadaya vəsiqə qazanıb, uğur əldə edəsiniz? - Bu müddətdə ideal formada olmaq üçün bir neçə əsas sahədə inkişaf etməliyəm. Birincisi, fiziki hazırlığımı maksimum səviyyəyə çatdırmaq, dözümlülük və gücümü artırmaqdır. İkincisi, texniki və taktiki bacarıqlarımı daha da təkmilləşdirmək, rəqiblərin strategiyalarına daha çevik uyğunlaşmaq önəmlidir. Üçüncüsü, psixoloji hazırlıq üzərində işləmək, yarış stresi ilə mübarizə aparma qabiliyyətimi gücləndirmək və özümə inamımı artırmaq vacibdir. Bundan əlavə, zədələrdən qorunmaq və bərpa proseslərini optimallaşdırmaq da əhəmiyyətlidir. Bütün bunlar mənə olimpiadaya ən yaxşı formada hazırlaşmağa kömək edəcək. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol