“Red Bull Rasinq”in məsləhətçisi Helmut Marko klubu tərk etməsinə baxmayaraq, 2026-cı il üçün illik tam maaşını alacaq.
Olimpnews.az Almaniyanın Bild qəzetinə istinadən xəbər verir ki, o təxminən 10 milyon avro qazanacaq.
Qeyd edək ki, Marko 20 ildən artıqdır ki, Avstriya klubu üçün çalışıb. O, Sebastian Fettel, Maks Verstappen və Karlos Sayns də daxil olmaqla 16 pilotun Formula 1-da uğur qazandığı “Red Bull Gənclər Proqramı”nın memarı olub.


