"Fənərbağça" yeni transferlə bağlı razılığa gəldi

"Fənərbağça" yeni transferlə bağlı razılığa gəldi

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi bunun üçün Niderlandın PSV klubunda çıxış edən yarımmüdafiəçi Joey Veerman ilə razılığa gəlib. 

"Sarı-lacivərdlilər" 27 yaşlı futbolçu üçün qarşı tərəfə 20 milyon avroluq sərbəstqalma məbləği ödəyəcək.