O Günəş Vətəndi!..
BOK
02.02.2026, 11:49
İdmanda qazanılan qələbə təkcə idmançının özünü deyil, onun Vətənini də tanıtdığına görə təkcə onun özünü formalaşdırmır, həm də mənəvi zənginlik kimi tarixləşir. Bu tarixləşmə də tarixin cığırdaşına dönür. Güləşçi Rəşid Məmmədbəyov 1952-cı ildə Helsinki Olimpiya Oyunlarının gümüş medalını qazanmışdı. Bunu tarix də unutmur, biz də unutmuruq, dünyanın bəşəri düşüncəliləri də unutmur. İdmanın xalqın adına gətirdiyi şöhrət dünyəvi şöhrətdi, qəlbitəmizlər bu şöhrətin işığını ruhun işığı bilir. Bu ruhun zərrəsi olmağım səadətini yaşayanların Vətənə sevgisində bir ahənrübalıq görmək Vətənə sevginin yolgöstərəni kimi yaşanılır...
...1514-cü ilin sentyabr ayı idi. Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın göstərişi ilə qoşun hücumdan əvvəl istirahət edirdi. Kəlmələşənlər də vardı, son döyüşlərdən, qələbələrdən danışanlar da, kürək-kürəyə mürgüləyənlər də, gecənin üzünə nələrsə deyənlər də, ... Sərkərdə – Şah İsmayıl qaranlıqlaşmış gecənin içiylə çadırların arası boyunca sakitliklə gəzişir, qızılbaşlarının ovqatını baxışlarına, baxışlarından düşüncələrinə köçürürdü. Gecənin qara köynəyi sərkərdənin gərdişini hiss edənlərin, sezilən narahatlığını duyanların, narahatlığı üstələyən inamını hiss edənlərin döyüş əzminə, qələbə ruhuna darlıq edirdi. Dan yeri sökülər-sökülməz döyüş əmri verildi. Qılınclar Vətən naminə sıyrılmışdı. Qazanılacaq qələbələr Vətənə sevginin göyqurşağına dönmüşdü.
Aydın İbrahimov, Xəzər İsayev, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Arif Abdullyev, Ağası Məmmədov, ... , sonralar Zemfira Meftaxetdinova, Fərid Mansurov, Hidayət Heydərov, ... Azərbaycanın idman tarixinin işığını yarışdan əbədiyyətə yönləndirə bildilər. Zamanında bu qüruru milyonlar yaşadı, indi də yaşamaqdadı. Xalq adına yaşadılanların nuru heç zaman azalmır, sozalmır. Belə işıqları Azərbaycan Olimpiya Komitəsi koordinasiya edir. İllər keçdikcə qürurun ilk anına ruhən daha dəruni sevgilərlə dönürük. Niyə? O qürurun ilk şükrançısı Vətəndi, Vətən adına ucalıqda dalğalanan Bayraqdı, bu Bayrağın əzəməti qarşısında ruhu rəvanlar da, ruhu dağınıqlar da müqəddəslik qarşısında dayanmış kimi dayanır. 2004-cü il. Sidney Yay Olimpiya Oyunları. Fərid Mansurov güləş döşəyi üzərindəki rəqibi Şərəf Əroğlunu məğlub edib. Ömrü uzanan anlar içində Fəridin qələbəsi! O anlarda uzaq Sidney bu böyük (və müqəddəs!) tarixi qələbənin (tarixi sevincin) daha böyük tarixi qələbələrin (tarixi sevinclərin!) başlanğıcı olacağına inananların sevincinə darlıq edirdi. O gecə bir anın içində yollar aşıb ürəklərdə dolaşan bir sevinc milyonların gözlərindən yaş dərəndə güləş döşəyinə də iki damla göz yaşı düşmüşdü – Vətənə sevginin Fəridin gözlərində qərar tuta bilməyən şükranlıq yaşı kimi. Əminliyini Vətənə sevgidən götürmüş gümanlarım deyir ki, o gecə “Sidneyin bürüncəyinə dönən bu şükranlıq işığında Azərbaycan aydınlığıyla görünür!” deyənlər də olub. Vətənpərvərliyin Vətənə sevgi kimi təzahürü bir anın dünyəvi qüruru oldu. Bu qürur illərdi eyni ucalıqdan deyir ki, bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..
O gecənin səhərinə can atanların qələbə ruhu on illərlə, yüz illərlə Azərbaycan adında bir məmləkətin həm də səs qələbələrinin, musiqi, təranə qələbələrinin, idrak qələbələrinin, söz qələbələrinin, gürz qələbələrinin, güc qələbələrinin bir zərrəsi kimi yaşadılıb. O ovqat uzaq Sidneyin göylərini bürümüşdü. O gecə idmançılar bir gerçəkliyin pərvanəsiydi: Azərbaycanın işığı bu gecənin qaranlığını əridəcək, dünya onu daha yaxından tanıyacaq, əmin olacaq ki, Azərbaycanın mayəsi də nurdu, qayəsi də. Dan yeri söküləcəkdi, səhər açılacaqdı. Güc güclə sınaşacaqdı, iradə iradəylə, əzmkarlıq əzmkarlıqla. Və sevgi ilə. 474 il əvvəl döyüşçülər sərkərdəni hansı sədaqətlə qələbəyə yetirmişdilərsə, idmançılar da Azərbaycanın idman şöhrətini həmin sədaqətlə qələbəyə çatdırmağa qərarlıydı...
Bu duyğuları 1992-ci ildə Barselonada Nazim Hüseynov yaşamışdı. Təqdimetmə mərasimində qalibin baxışlarının şükranlığı deyirdi ki, qoca dünya Azərbaycanın Olimpiya Oyunlarında ilk qızıl medalının qürurunu onun uğurlarının uvertürası bilsin!
Azərbaycanın idman tarixinin işığı qaranlıqları əritməyə də qadirdi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra
Hidayət Heydərov Olimpiya çempionu olanda şəhərdə yaşanılanları ifadə eləməyə sözün qüdrəti çatarmı? Yox, o qələbə adi qələbə deyildi. O qələbə xalqın ruhunun qələbəsi kimi yaşanıldı. Təqdimetmə mərasimində Hidatət Heydərovun baxışları nəhayətsizliyə dikilmişdi, o nəhayətsizlik müqəddəsliyin nəhayətsizliyiydi. O müqəddəslikdə Azərbaycan bayraqlaşmışdı; ruhumuzun göylərində Azərbaycan adlı bayraq dalğalanırdı!..
Hər idmançı Olimpiya Oyunlarında qələbə qazanmağı, Azərbaycanın idman şöhrətini bu qələbə ilə süsləməyi həm vəzifə borcu bilirdi, həm də mənəvi borc. Ürəyinin gözü ilə baxanlar onun qələbəsinin işığında Azərbaycanı görəcəkdi. Bu ruh qaralan qaranlığın dolaşığa düşmüş ilmələrini sökməyə də qadir idi. O gecə səssiz söhbətlər də, düşüncələrin niyyətinə dönən sözlər də Vətən deyirdi. Özünü bu ruhun zərrəsi bilənlər üçün zaman ləng ötüşürdü elə bil. Gümanlarım deyir ki, onda Sidneyin göylərini bir şərqi də silkələyib: Gəl, ey səhər!..
Azərbaycan bayrağını böyük arenalarda dalğalandırmaq hər idmançının niyyətidi. Bu duru niyyət təkcə onun özü üçün deyil, həm də Vətən üçündü. İdmançı hər uğurunu Vətənin uğuru bilir. Hərbçi təltif ediləndə “Azərbaycana xidmət edirəm!” deyir. İdmançı da səssiz kəlmələriylə belə deyir. Onda hərbçinin də, idmançının da könül dünyasının işığı Yerlərin-Göylərin işığını üstələyir. Bu məqamı görmək də könül xoşluğudu, sezmək də. Onda idmana maraqlılar da, marağı istəyə dönənlər də, istəyi niyyətləşənlər də, ... deyir ki, bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..
Akademik Xudu Məmmədov deyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz uşaqlara Vətəni tanıdın, özləri sevəcəklər”. İdmançılarımız da Vətəni tanıdılar. Tanıya-tanıya sevdilər, sevə-sevə tanıtdılar. Tanıdıqları, sevdikləri, tanıtdıqları Vətənin səyyarəsi olanların sırasındadı. Onların Vətənə ad olan ruhu da deyir ki. hamımız bir Günəşin zərrəsiyik. O Günəş Vətəndi!..

Rəşid FAXRALI,
Əməkdar jurnalist
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
Bugün, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Bugün, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Bugün, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
Bugün, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Bugün, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
Bugün, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
Bugün, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
Bugün, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası