Yıxılan çinli snoubordçunu xərəklə apardılar

Yıxılan çinli snoubordçunu xərəklə apardılar

Çinli snoubordçu Liu Jiayu Milan-Kortina-2026 Olimpiadasında yarımpayp yarışlarında uğursuzluqla üzləşib. 

Olimpnews.az Xinhua onlayn nəşrinə istinadən xəbər verir ki, o yıxıldıqdan sonra başı dirəyə çırpılıb. 33 yaşlı Jiayu xilasetmə xizəyinə qoyulub və tibb mərkəzinə aparılıb. İlkin müayinələr boyun onurğasının kiçik zədələnmə aşkar olunub.

Məlumat üçün bildirək ki, Liu Jiayu beşinci dəfədir ki, Olimpiya Oyunlarında iştirak edir. O, 2018-ci ildə Pxençxanda keçirilən olimpiadada gümüş medala yiyələnib.