Zirvəyə yüksəlib, qocalmayan çempionlar
Olimpiya oyunları
11.10.2022, 14:11
İdmanla məşğul olanların ruhu daim gənc qalır deyirlər. Buna görə də, idmançıların əksəriyyəti veteranlar arasında təşkil olunan yarışlarda güclərini sınayırlar. Onlar bununla idmanla ruhən bağlılığını qoruyur, idmanın onlar üçün həyat tərzi olduğunu sübut etməyə çalışırlar. Planetin ən mötəbər yarışı olan Olimpiya Oyunlarında da belə hallara kifayət qədər rast gəlmək mümkündür. “Olimpiya dünyası” qəzeti bu sayında oxucularını müxtəlif vaxtlarda olimpiadalarda gücünü sınayaraq, mükafatçılar sırasında qərarlaşan və rekordlar qazanan veteran idmançıların bir neçəsi ilə tanış edəcək.
Olimpiya zirvəsini fəth edən qara geyimli qoca
Olimpiya Oyunları tarixinin ən yaşlı çempionu isveçrəli atıcı Oskar Svandır. Uzun illərdir ki, Oskarın rekordunu yeniləmək mümkün deyil. Maraqlıdır ki, atıcı özünü ilk dəfə olimpiadada nə az, nə çox, düz 60 yaşında sınayıb. Onun debütü 1908-ci ildə Londonda təşkil olunan olimpiadaya təsadüf edib. Həmin mübarizədə Oskar Svan qızıl medal qazansa da, yarışların “ən yaşlısı” adını əldən vermişdi. Belə ki, həmin oyunlarda O.Svandan bir neçə ay böyük olan irlandiyalı idmançı Coşua Milner də qızıl medal qazanmışdı. Dörd il sonra 64 yaşlı idmançı daha bir olimpiadada iştirak edib. İdmançı bu Oyunlarda da 100 m məsafəyə atış üzrə qızıl medala yiyələnib. Nəhayət, 1912-ci ildə Stokholmda keçirilən Olimpiya Oyunlarında Oskara “ən yaşlı mükafatçı” titulu verilib. Həmin vaxtdan bu yaş həddini hələ ki, dünyada heç bir idmançı keçə bilməyib.
Lakin yaşına və qazandığı yüksək nailiyyətlərə baxmayaraq, Oskar Svin Olimpiya Oyunlarında iştirakına davam edirdi. Belə ki, o, 1920-ci ildə Antverpendə təşkil olunan dördilliyin zirvə yarışında yenidən gücünü sınayıb. Bu dəfə 72 yaşına qədəm qoyan atıcı oyunların gümüş medalına sahib çıxıb. Bununla da, Oskar Svan “dünyanın ən yaşlı çempionu” olmaqla yanaşı, “ən yaşlı mükafatçı” adına da sahib çıxıb. Əslində, qocaman çempion 1924-cü ildə keçiriləcək Olimpiya Oyunlarında yenidən mübarizə aparmağı planlaşdırırdı. Lakin səhhəti ilə bağlı yaranan problem ona mane olub.
Maraqlıdır ki, atıcının bir sıra qəribəlikləri də mövcud idi. Məsələn, idmançı inanclara bağlı biri olduğu üçün hər zaman yarışa qara geyimdə və şlyapada çıxırdı. Uzun saqqala və uzun saçlara sahib olan Oskar üçün yarışlarda yalnız qızıl medal mövcud idi. Yəni o, gümüş və bürünc medallarını heç düşünmədən ilk qarşısına çıxan şəxsə verə bilərdi.
1927-ci ildə vəfat edən Oskar Svanın yolunu üçqat Olimpiya çempionu olan oğlu Alfred Svan davam etdirib. O, atasının sağlığında da onunla birlikdə Olimpiya Oyunlarında mübarizə aparırıb. Ümumilikdə ata və oğul 15 Olimpiya medalı qazanıblar.
Öz növündə dünyada yeganə mütləq çempion
Səkkizqat Olimpiya çempionu norveçli biatlonçu Ule-Eynar Byorndalen 2014-cü ildə Soçidə keçirilən olimpiadanın ən yaşlı çempionu olaraq tarixə düşüb. Həmin vaxt onun 41 yaşı var idi. O, həmçinin, fərdi yarışların ən yaşlı idmançısı adına da sahibdir. İyirmiqat dünya çempionu Ule-Eynar 2002-ci ildə Solt-Leyk-Sitidə təşkil olunan Olimpiya Oyunlarında mümkün dörd qələbə əldə edərək, biatlon üzrə dünyada yeganə mütləq çempion adını qazanıb. Ule-Eynar karyerasında ümumilikdə Dünya Kubokunun mərhələlərində fərdi və komanda yarışlarında 136 qələbə qazanıb.
Onun sahib olduğu 58 medaldan 28-i Olimpiya Oyunları və dünya çempionatlarının qızıl medallardır. Bu isə biatlon və qış oyunları tarixində rekorddur.
Qeyd edək ki, 2014-cü ildə Ule-Eynar Byorndalen Milli Olimpiya Komitələri Assosiasiyasının mükafatı laureatı olub.
Dünyanı heyrətləndirən ana və oğul

Gürcüstanlı güllə atıcısı Nino Salukvadze də Olimpiya tarixinin ən yaşlı iştirakçısı və mükafatçısı adına sahibdir. Belə ki, gürcü idmançı 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında 25 metr məsafəyə idman tapançasında atəşaçma yarışında qızıl, 10 metr məsafəyə pnevmanik tapançadan atəşaçmada isə gümüş medal əldə edib. Altıqat dünya, dördqat Avropa çempionu tituluna sahib olan Nino həmçinin Olimpiya Oyunları tarixinin yeganə doqquzqat qadın idmançısıdır. Gürcü atıcı növbəti olimpiadasında - Pekin-2008-də iştirak edərkən artıq 43 yaşında idi. O, bu yarışda da hədəfdən yayınmayıb. N.Salukvadze pnevmatik tapançadan atəşaçmada bürünc medala yiyələnib. Bir maraqlı faktı da qeyd edək ki, 2016-cı ildə 47 yaşı olan atıcı Rio Olimpiadasına oğlu Kotne Maçavariani ilə birgə qatılıb. Bununla da, onlar eyni olimpiadada mübarizə aparan ilk ana və oğul kimi tarixə keçiblər.
Atlantaya ikinci qızıl üçün gələn bayraqdar
Avstraliyalı çapar Endryu Hoy Olimpiya Oyunlarında ilk dəfə 1984-cü ildə iştirak edib. 25 yaşlı idmançı Los-Ancelesdə keçirilən XXIII Yay Olimpiya Oyunlarında fərdi üçnövçülükdə 15-ci yerdə qərarlaşıb. O, komanda yarışında isə Avstraliya millisinin tərkibində 5-ci olub. 1992-ci ildə Barselonada təşkil olunan olimpiadada isə Endryu karyerasında ilk dəfə Avstraliya yığmasının tərkibində Olimpiya çempionu adını qazanıb. Fərdi üçnövçülükdə isə birinci pillənin sahibi olmaq üçün bir neçə addım çatmayıb. Beləliklə, çapar yalnız 5-ci yerdə qərarlaşıb. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları da Endryu üçün uğurlu olub. Belə ki, idmançı komanda üçnövçülüyündə Olimpiya Oyunlarının ikinci qızıl medalına layiq görülüb. Fərdi yarışlarda isə o, 11-ci pillədə yer alıb. Bundan əlavə, Olimpiya çempionu həmin oyunların açılış mərasimində komandasının bayraqdarı olub.
2000-ci ildə Yay Olimpiya Oyunları E.Hoyun doğma ölkəsi olan Avstraliyada keçirilib. Doğma vətəni Endryu üçün ən uğurlu Oyunlar oldu, desək, yanılmarıq. İdmançı Avstraliya komandasının tərkibində üçnövçülük üzrə yarışlarda Olimpiya Oyunlarının növbəti qızıl medalını qazanıb. Fərdi üçnövçülükdə isə Endryu gümüş medala sahib çıxıb.
Endryu Hoy 2012-ci ildə Londonda təşkil olunan oyunlarda mübarizə aparmaqla, yeddi dəfə Olimpiya Oyunlarında iştirak edən ilk avstraliyalı idmançı olub. O, 2016-cı ildə keçirilən Olimpiya Oyunlarında iştirak etməsə də, Tokio-2020-də mübarizə apararaq, yenidən fəxri kürsüdə yer alıb. Belə ki, 62 yaşlı atlet komanda yarışlarında gümüş, fərdi yarışlarda isə bürünc medal əldə edib. Bununla da, E.Hoy Olimpiya Oyunları tarixində ən yaşlı idmançılardan biri kimi yadda qalıb.
...13 nəfərdən biri
Özbəkistanlı gimnast Oksana Cusovitina karyerası ərzində SSR, Almaniya və Özbəkistan milli komandaların şərəfini qoruyub. O.Cusovitina 1992-ci ildə Barselonada təşkil olunan Olimpiya Oyunlarında komanda tərkibində qızıl medala layiq görülüb. 2008-ci ildə isə Pekində keçirilən olimpiadada dayaqla tullanma üzrə oyunların gümüş mükafatçısı olub. Üçqat dünya çempionu olan gimnast, 2016-cı ildə iştirak etdiyi oyunlardan sonra dünyada Yay Olimpiya Oyunlarının yeganə yeddi qat iştirakçısı olaraq, adını “Ginnesin rekordlar kitabı”na yazdırıb. Maraqlıdır ki, karyerasının səkkizinci olimpiadasında iştirak edərkən O.Cusovitinanın 47 yaşı var idi. Gimnast 2022-ci ildə Tokioda təşkil olunan Olimpiya Oyunlarının seçmə mərhələsində 11-ci yeri tutaraq, final mərhələsindən kənarda qalıb. Maraqlıdır ki, oyunlarda onun rəqibləri Oksananın qızı yaşında idilər. Səkkizinci dəfə Olimpiya Oyunlarında mübarizə aparmaq isə unudulmaz bir rekord və unikal nailiyyətdir. Bildirək ki, dünyada səkkiz və daha çox Oyunlarda iştirak edən yalnız 13 nəfər var. Lakin həmin idmançılar yaş həddinin önəmi olmayan, atçılıq, atıcılıq, yelkənli idman növləri kimi yarışlarda iştirak ediblər. İdman gimnastikası üçün səkkiz olimpiadanın iştirakçısı olmaq həqiqətən də inanılmaz bir nəticədir.
Oksana Cusovitina Tokio Olimpiadasında mükafatçılar sırasında yer almasa da daha böyük nüfuz qazanıb. Bundan başqa idmançıya olimpiadanın açılış mərasimindən əvvəl bayraqdar olacağı ilə bağlı məlumat verilmişdi. Amma təntənəli mərasimin açılışına bir gün qalmış gimnastı hələ ki, heç bir əhəmiyyətli nailiyyəti olmayan taekvondoçu Niqora Tursunqulova əvəzləyiblər. Bu addımın səbəbi, hələ də, bir çoxlarına qaranlıq qalıb. Özbəkistan Milli Olimpiya Komitəsi isə bu addımı veteran idmançının yarışlara hazırlıq prosesinə mane olmamaq üçün atıldığını bildirib. Amma dayaqla tullanma yarışları açılış mərasimindən iki gün sonra keçiriləcəkdi. Oksana kimi təcrübəli gimnast üçün isə bu vaxta qədər bərpa olunmaq problem sayıla bilməzdi.
Pxençxanda rekord rəsmiləşdirən xizəkçi
Rusiyalı xizəkçi Albert Demçenko ardıcıl olaraq yeddi dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı olmaqla rekorda sahibdir. A.Demçenkodan başqa yaponiyalı tramplindən suya tullanan Noriaki Kasay təkrarlamağa müvəffəq olub. Lakin N.Kasay 2018-ci ildə Pxençxanda təşkil olunan Olimpiya Oyunlarında iştirak etməklə, olimpiada tarixində tək rekorda sahib çıxıb.
Qeyd edək ki, rusiyalı xizəkçi Albert Demçenko 2006-cı ildə Turində fərdi yarışlarda gümüş medala layiq görülüb. 42 yaşlı ikiqat dünya və dördqat Avropa çempionu A.Demçenko 2014-cü ildə Soçidə keçirilən fərdi və estafet yarışlarında gümüş medal qazanaraq, Olimpiya Oyunlarının üçqat gümüş mükafatçısı adını qazanıb.
Hazırladı: Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
Bugün, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
Bugün, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
Bugün, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
Bugün, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
Bugün, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
Bugün, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
Bugün, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
Bugün, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
Bugün, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
Bugün, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
Bugün, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər