Pekin-2022: MOK-un baş katibi Atletlər Kəndində idmançılarımız üçün yaradılan şəraitlə tanış olub

Pekin-2022: MOK-un baş katibi Atletlər Kəndində idmançılarımız üçün yaradılan şəraitlə tanış olub

Olimpiya oyunları

05.02.2022, 15:49

Fevralın 5-də Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Pekin-2022-nin Atletlər Kəndini ziyarət edib və burada idmançılarımız üçün yaradılan şəraitlə tanış olub.

A.Əliyev Pekin Qış Olimpiadasında ölkəmizi təmsil edən milli Olimpiya komandasına uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR