Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik görüşləri
Olimpiya dünyası
Bugün, 01:28
Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, 34 il Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyevin xatirəsi idmançıların da qəlbində həmişə yaşayacaqdır. Qədirbilən xalqımız bunu həmişə hiss edəcəkdir. Təkcə ona görə yox ki, liderimiz Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. Bu qeyri-adi şəxsiyyət Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdı. Axı bu gün xalqımızın orta və gənc nəsillərinin inkişafı, cəmiyyətdə formalaşması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.
XXI əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XXI əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və tarixə daxil olmuş bir şəxsiyyət idi. Fəxr edirik ki, 34 illik çoxcəhətli fəaliyyəti, müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış bu böyük şəxsiyyət bizim ümummilli liderimizdir. Heydər Əliyevin respublikaya rəhbərliyi həqiqətən onun çox zəngin fenomen olduğunu təsdiq edirdi. Onun möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sahəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.
1969-cu ildə Heydər Əliyev respublikamızın rəhbəri seçildi. 60-cı illərdə, demək olar ki, iqtisadiyyatın əksər sahələri üzrə SSRİ-də sonuncu yerlərdə dayanan Azərbaycan artıq 1970-ci ilin payızında qabaqcıl bir respublika kimi ölkənin ən ali mükafatlarına layiq görüldü.
1970-ci illərin əvvəllərində respublika həyatının bütün sahələrində bir oyanış, dirçəliş, canlanma baş verdi. Sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil, mədəniyyət, idman və səhiyyə yüksək templə inkişafa qədəm qoydu. Respublikada başlayan bu quruculuq işlərində unudulmuş bir sahə də yeni rəhbəri ciddi narahat edirdi. Onun fikirincə, hərb sənətində böyük, tarixi ənənələrə malik olan Azərbaycanda müasir dövrün Milli hərbi kadrlarını yetişdirmək məqamı gəlmişdi.
Azərbaycan KP Mərkəzi Komitəsinin bürosu «Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında» qərar qəbul edir. Qərarın bir maddəsində qeyd olunurdu ki, yeni yaradıcılıq hərbi təyinatlı respublika orta internat məktəbinə C.Naxçıvanskinin adı verilsin.
1938-ci ildə günahsız olaraq repressiya qurbanı olmuş bir Azərbaycan oğlunu görkəmli, şöhrətli general, həm də xan nəslinə mənsub Cəmşid Naxçıvanskini əbədiləşdirməklə Heydər Əliyev Vətənin, millətin ləyaqətli övladına əsl bəraət qazandırıb, onu tək respublikada deyil, bütün keçmiş Sovet İttifaqında tarixi şəxsiyyət, hərbi xadim kimi yaxından tanıtdı. O dövr üçün bu çox cəsarətli bir addım idi.
Bir il ötür və 1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu «C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında» xüsusi qərar qəbul edir. Həmin ilin noyabr ayında yeni yaradılmış məktəbi ilk dəfə ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək vurğulayır: «Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar Xəzərin dibindən «qara qızıl» çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xidmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir».
Moskva isə Heydər Əliyevin Azərbaycanda Milli hərbi kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü və respublikada KP MK bürosunun qərarını böyük narazılıqla qarşılayır. Bir neçə dəfə məktəbə SSRİ Maarif Nazirliyindən yoxlama komissiyaları göndərilir. Məktəbin fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq hətta onun bağlanması təşəbbüsü də irəli sürülür. Lakin Heydər Əliyevin qətiyyəti və məntiqi arqumentləri məktəbi hifz edir, onu qaragüruhçu qüvvələrdən qoruyur və bir neçə ildən sonra məktəbin şan-şöhrəti bütün Sovetlər İttifaqına yayılır.
Heydər Əliyev 1972-82-ci illər ərzində hər il 19 may bayramında C.Naxçıvanski adına Məktəbi ziyarət edərək müəllim-zabit heyəti ilə və kursantlarla görüşmüş, problemlərlə maraqlanmış, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılması qayğısına qalmışdır.
1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işə başlayan H.Əliyev özünün doğma övladı hesab etdiyi bu məktəbi də daim diqqət mərkəzində saxlamışdır.
1988-ci ildən respublikada başlayan siyasi böhran, gərgin kriminogen vəziyyət məktəbdən də yan keçmir. Məktəb bağlanma təhlükəsi ilə qarşılaşır. Bu dövrdə məktəbin rəisi işləyən və Heydər Əliyevin sədaqətli hərbi kadrlardan olan general- leytenant Valeh Bərşadlı böyük cəsarət və zəhmət bahasına məktəbi 1993-cü ilədək siyasi fırtınalardan və xaos burulğanından qoruya bilir.
Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. Biz birinci dəfə deyil ki, müstəqil dövlət yaradırıq. XX əsrdə üç dəfə dövlət yarada bilmişik:
1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik. Bu hadisələrin nəticəsi hamımıza tarixən yaxşı məlumdur. Ondan sonrakı sovet dövründəki müstəqillik itirildiyi şəraitdə yaşadığımız illər də tarixdən bizə yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı fərasətsiz rəhbərlərinin yeritdikləri siyasəti ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində çox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə dayandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın özünün itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidini itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.
İndi həmin vaxtdan iyirmi doqquz il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Yəqin ki, biz bu gün çətinliklə əldə olunmuş müstəqilliyimizin iyirmi iki illiyini görə bilməyəcəkdik.
1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.
1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlılara sözün əsl mənasında divan tuturdu. Qışın oğlan çağında ayaqlayın, başıaçıq meşələrə, dağlara qovulan, qar uçurumları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ah-naləsi eşidilməz oldu.
Ermənistanda zəlzələ xəbəri hələ mərkəzə çatmamış biz mülki-müdafiə dəstələri yaradıb adını da qoyduq «könüllülər dəstəsi». Zəlzələdən bircə gün əvvəl həmin rayonlarda yaşayan azərbaycanlıları diri-diri yandıran ermənilərə belə alüdə olduq ki, «köməyə tələsənləri» təyyarəyə mindirib yola salanda onların siyahısını tutmağı da unutduq. Hələ ki, olanları bir neçə gündən sonra müəyyən edə bildik.
Xalqımızı aldatdılar, qanına qəltan elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, ana-bacılarımıza, hətta körpələrimizə də qıydılar.
Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın deyə, istədiklərini edə bilsinlər. Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyi, azadlığı uğrunda ayağa qalxan adı ilə bağlayıb «başqa çıxış yolu yox idi» deyərək qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdü.
Şəhərdə sabitlik yaratmaq əvəzinə dörd səhv meyl qəbul edildi: 1.Ümumi tətillər. 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək. 3. Mitinqlərin MK qarşısına köçürülməsi. 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetini çağırıb Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.
Bakıda fövqəladə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərə-gərə azadlığa doğru addımladı.
Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayyət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 750 nəfər yaralandı, 131 nəfər şəhid oldu. Onlardan - 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.
Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq o dövrki Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edir. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük maneələr törətməyə başlayır. Amma bu dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkənin tərk etməsini istəyirlər.
İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəlir. Həmin gün axşamüstü şəhərin Azadlıq meydanına toplaşan 80 min nəfərlik ümumxalq izdihamı onu hərarətlə bağrına basır.
Beləliklə, ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda daimi məskən salır. 1990-cı ilin sentyabrında ümumxalq məhəbbətlə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçilir. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qaydışının birinci mərhələsi başlayır.
Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyi ilə öz şinə başlayaraq xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul edir. Muxtar respublika əhalisi , həmçinin Azərbaycan xalqı tərəfindən böyük sevinc və alqışla qarşılanan bu qərarlar o zamankı respublika rəhbərliyini şoka salmış, SSRİ məkanında böyük əks-səda yaratmışdı.
Bu sensasiyalar qərarlara əsasən, Sovet İttifaqı tarixində ilk dəfə məhz Naxçıvanda Muxtar Respublikanın adından «sovet», «sosialist» sözləri çıxarıldı, MR Ali Soveti həmin gündən Ali Məclis adlandırıldı, ay-ulduzlu, üçrəngli bayrağımız 70 illik fasilədən sonra ilk dəfə yenidən parlament səviyyəsində qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi.
1991-ci il sentyabrın 3-də isə Naxçıvanda Ali Məclisin növbəti sessiyası keçirilən gün binanın qarşısında toplaşan minlərlə insanın və deputatların böyük əksəriyyətinin təkidlə Heydər Əliyev MR Ali Məclisinin sədri seçildi. Həmin gündən siyasi fəaliyyətə qayıdışın ikinci, böyük mərhələsi başlandı.
1991-93-cü illər ərzində muxtar respublikada böyük işlər həyata keçirildi. İri təyyarələri qəbul edə bilməsi üçün Naxçıvan aeroportunun yeni uçuş qocalı nşa edildi, İrana sadələşdirilmiş keçid təşkil olundu, Naxçıvan Türkiyə ilə birləşdirən «Ümid körpüsü» salındı, muxtar respublikanın müdafiəsini və təhlükəsizliyini təmin edən «Qars müqaviləsi» təzələndi, Türkiyə və İrandan elektrik enerjisi, müxtəlif ərzaq məhsulları alındı, ilk dəfə olaraq nizami ordu quruculuğu həyata keçirildi. Bu illər ərzində Naxçıvan düşmən əhatəsində mətinliklə dayandı, döyüşdü, yaşadı, inkişaf etdi.
Özünün müdrik sədrini seçdikdən sonra MR Ali Məclisi muxtar respublikada, həmçinin Azərbaycanda və bütövlükdə ölkədə yaranmış gərgin siyasi, ictimai-siyasi vəziyyəti geniş müzakirə edərək mühüm qərarlar qəbul etmişdir.
Bunlardan ən əhəmiyyətlisi «Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında» qərar olmuşdur. Bu o zaman Sovetlər İttifaqı miqyasında ilk mili hərbi qurum idi. Bu təşkilat eyni zamanda p vaxt SSRİ-də ilk və yeganə olan milli ordunu formalaşdıran bir orqan idi. Çünki 1991-ci ilin sonunadək movcud imperiyasının heç bir respublikasında və ya regionunda Milli ordu yox idi.
MR Dövlət Müdafiə Komitəsinin yaradılması ilə məhz Naxçıvanda müstəqil Azərbaycan Respublikasının ilk mütəşəkkil hərbi hissələrinin təməli qoyuldu. Bu məqamda MR Ali Məclisinin daha bir tarixi əhəmiyyətli qərarını yada salmaq yerinə düşər. Həmin qərar Ali Məclisin sədri Heydər Əliyevin uzaqgörən siyasətinin və məqsədyönlü fəaliyyətinin parlaq nəticəsi idi. MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il sentyabrın iclasında hərb tariximizə daha bir töhfə verən mühüm əhəmiyyətli qərar qəbul olundu. Heydər Əliyevin imzaladığı «Naxçıvan Muxtar Respublikasının mühafizəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında» qərar əsasən, sentyabr ayının 29-da sonuncu rus sərhədçiləri Naxçıvan MR sərhədlərini tərk etdilər. Onların bütün hərbi və təsərrüfat əmlakı Azərbaycan Respublikasının Naxçıvandakı 1-ci sərhəd dəstəsinə təhvil verildi, həmin gün bütün sərhəd məntəqələrində üçrəngli bayrağımızın qaldırılmasını naxçıvanlılar, həmçinin o taylı soydaşlarımız böyük sevinclə qarşıladılar.
1992-ci il oktyabrın 9-da Naxçıvan şəhərində keçirilən ilk Milli hərbi parada Ali Məclisin sədri Heydər Əliyevin nitqi bir il ərzində muxtar respublikada hərbi quruculuq sahəsində görülmüş işlər barəsində hesabat xarakteri daşıyırdı: «Biz indiyədək Naxçıvan torpağını cəsarətlə qorumuş bütün vətənpərvər oğullarımıza, bütün könüllü dəstələrə öz minnətdarlığımızı bildiririk, onların gördükəri işləri layiqincə qiymətləndiririk. Eyni zamanda onu da bəyan etmək istəyirik ki, artıq Naxçıvanda nizami Milli Azərbaycan Ordusunun hissələri mövcuddur. Bu hissələr lazımi gücə malikdir və Naxçıvan torpaqlarını müdafiə etməyə qadirdir. Eləcə də Naxçıvanın sərhədlərini mühafizə etmək üçün öz Milli Sərhəd Dəstəmiz vardır. Ona görə də bütün könüllü dəstələrə minnətdarlığımızı bildirməklə, onlara tövsiyə edirik ki, bundan sonra öz vətəndaşlıq vəzifələri ilə məşğul olsunlar.
Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış Milli Ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər».
Bu dövrdə, 1991-1993-cü illər arası müstəqil Azərbaycan Respublikasında Milli Ordu quruculuğunu təmin edib torpaqlarımızı müdafiə etmək əvəzinə Bakıda «şəxsi kresloların» müdafiəsi uğrunda əsl savaş gedirdi.
Həmin dövrdə, (1992) məlum olduğu kimi, Respublikada hərc-mərclik baş alıb gedirdi, torpaqlar işğal olunurdu, ölkə həyatında xaos idi, təsərrüfat, sənaye dağılmışdı. Ölkə demək olar ki, dağılmaq təhlükə ilə üz-üzə idi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları Naxçıvan Ali məclisinin sədri, dünya şöhrətli, geniş həyat təcrübəsinə malik olan Heydər Əliyevə müraciət etdilər; O bir siyasi partiya yaratsın və bu siyasi partiyanın rəhbərliyini öz üzərinə götürsün. 24 oktyabrda (1992) Heydər Əliyev ziyalıların, hansı ki, onlara «91-lər» deyirlər-çağırışına, müraciətinə öz müsbət cavabını verdi. 21 noyabrda Yeni Azərbaycan Partiyası blokada şəraitində olan Naxçıvan şəhərində öz təsis konfransına yığışdı və partiya yarandı (21.XI.1992).
Partiyanın ilk sənədlərində möhtərəm Heydər Əliyevin belə bir müdrik kəlamı həkk olunmuşdu: “Yeni, müstəqil, Azərbaycan uğrunda!” Bunun ardınca belə bir ifadə də işlətdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan partiyası (YAP) tarixi zərurətdən yarandı. Yeni qəbul edilmiş Konstitusiyada insan hüquqları ilə bağlı və demokratiyanın inkişafına stimul verən mühüm müddəalar öz əksini tapdı. Hakimiyyət bölgüsü prinsipi təsbit edildi. Ali qanunverici, ali icraedici və ali nəzarətedici hakimiyyət olmaqla demokratik idarəetmənin əsası olan üç hakimiyyət qolu yaradıldı. Bunun nəticəsidir ki, hazırda respublikamızda qırxdan çox siyasi partiya fəaliyyət göstərir. Cəmiyyətdə tutduğu mövqeyinə, siyasi nüfuzuna, yüksək intellektual səviyyəli kadr potensialına və nəhayət, Heydər Əliyev kimi dünya şöhrətli siyasi liderə malik olduğuna görə bu nəhəng partiya digər partiyalardan əsaslı surətdə fərqlənir.
YAP əldə etdiyimiz müstəqilliyimizi Azərbaycan xalqının milli sərvəti sayır və onun qorunub saxlanılmasını özünün başlıca məqsədi hesab edir. Bu gün cəmiyyətdə mövcud olan bir sıra problemləri, o cümlədən Dağlıq Qarabağ problemini cari problem kimi qəbul edir, ən qısa müddətdə onun müsbət həllinə nail olmaq üçün ciddi səy göstərir.
YAP yeni demokratik cəmiyyət qurmaq uğrunda mübarizə aparır. Bunu inqilabi dağıntılar yolu ilə deyil, təkamül yolu ilə həyata keçirməyi üstün tutur. Keçmiş nəsillərdən bizə gəlib çatan bütün yaxşı ənənələri qəbul edir, xalqımızın ümumi rifahı naminə çalışmış ayrı-ayrı şəxsiyyətləri yüksək qiymətləndirir, mənsub olduğumuz tarixi keçmişin hansı səhifəsini isə qoparıb atmağı düzgün hesab etmir, hadisələrə və tarixi keçmişimizə həmin dövrün prizmasından baxılmasını doğru sayır. Beləliklə, YAP varisliyi müdafiə edir.
YAP istər xarici, istərsə də daxili siyasətdə zorakılığı qəbul etmir. Bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Ancaq öz ərazi bütövlüyümüzü, dövlətçiliyimizi qorumaq üçün güclü müdafiə sistemi, müasir ordu yaratmaq uğrunda çıxış edir. “Ordu bizə müharibə üçün deyil, sülh üçün lazımdır” prinsipini rəhbər tutur.
Partiya yarandığı gündən onun ideyalarına böyük rəğbət olub. O ideyalar ki, görkəmli dövlət və ictimai xadim, səriştəli diplomat Heydər Əliyevin zəkasından qaynaqlanır. YAP respublikamızın ən böyük icimai-siyasi təşkilatı olaraq, bu gün Heydər Əliyev ideyaları ilə silahlanmışdır. YAP bu gün əzmlə bu ideyaların həyata keçirilməsində mübarizə aparır; istər dövlətçiliyimizin möhkəmləndirilməsinə, istərsə də hüquqi-demokrarik dövlət quruculuğu sahəsində çox böyük fəaliyyət göstərir. Bu gün respublikamızda - müstəqil Azərbaycanın həyatında islahatların həyata keçirilməsində bu partiyanın çox böyük rolu vardır. Əldə edilmiş nailiyyətlərdə partiyanın rolu əvəzsizdir. Heç də təsadüfi deyildir ki, bu gün YAP-a böyük bir axın vardır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, xalq bu partiyaya inanır və əlamətdar haldır ki, YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları ilə silahlanmış, onun siyasi kursunu ardıcıl həyata keçirən İlham Əliyevin səyi nəticəsində müstəqilliyimizin əleyhinə çıxanlara qarşı mübarizə aparan bir partiyadır.
Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi tanıtmaq, xalqımızı kölə vəziyyətdə olan daxili və xarici qüvvələri təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kompaniya əslində antiazərbaycan siyasətin tərkib hissəsidir.
O dövrki hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək üzrə idi. Daxildə baş qaldırmış qiyamlar ölkəni və xalqı məhvə sürükləyirdi. 1993-cü ilin məlum iyun hadisələri, Gəncədə qardaş qanının axıdılması vətəndaş müharibəsinin başlanğıcı idi. Bütün bunlar, şübhəsiz ki, 1988-ci ildən etibarən Azərbaycanda gedən məkrli siyasi oyunların məntiqi nəticəsi idi.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı.
Ölkə rəhbərliyinə qaydışının ilk günlərindən Heydər Əliyev zəkası və gərgin əməyi itirilmiş torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü təmin edib xalqımız üçün əmin-amanlığa və firavanlığa nail olmaq qayəsinə xidmət etmişdir.
Bütün bunları əldə etmək üçün Azərbaycana qüdrətli Milli Ordu, bunun üçün də güclü iqtisadiyyat lazım idi. Güclü iqtisadiyyatı əldə etmək üçün isə döyüş əməliyyatlarının dayandarılmasına, ölkənin nəfəs almasına, xalqın dinc quruculuğa qayıtmasına ehtiyac var. Düşməni müharibənin dayandarılmasına məcbur etmək üçün isə güclü bir əks-hücum gərək idi. Belə bir hücumu yalnız vaşid komandanlığa tabe olan, nizami ordu yerinə yetirə bilərdi.
İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. 1993-cü ilin oktyabrında xalqın iradəsilə Prezident seçilmiş Heydər Əliyev həmin il noyabrın 2-də Milli televiziya ilə geniş çıxış edərək Ali Baş Komandan kimi əsgər və zabitləri vahid komandanlıq altında birləşdirməklə Milli Orduya layiq döyüşçülər olmağa, xalqı isə ordu quruculuğunda fəal olmağa, xalqa ordunun monolit birliyinə nail olmağa səslədi. Bu müdrik rəhbərliyin nəticəsində xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və etiram bərqərar edildi. Hərbi təhsilə önəm ıerilərək qəbulun sayı xeyli artırıldı, maddi-texniki baza möhkəmləndirildi.
Azərbaycanda yeni tarixi mərhələ-dövlət müstəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradıılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına ’’Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matroslarımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırırdı. Azərbaycanın xoşbəxt gələcəyinə inamı daha da artdı.
1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra isə döyüşçülərimiz Füzuli, Goranboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər.
Düşmən xeyli itgiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər azərbaycanlı əsgəri ölümdən xilas etmişdir.
Son 14 il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkədə yeridilən müdrik daxili və xarici siyasəti nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü. Ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri ilə, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış və bununla da ölkəmizə diqqət və maraq qat-qat artmışdır. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Bütün bunlar Azərbaycan xalqının, gənc, müstəqil Respublikanın tarixi nailiyyətidir.
Eyni zamanda Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür. Belə ki, 1994-cü ilin mayın 12-dən etibarən əməl olunan atəşkəsin Ermənistanın müdafiə naziri, o, cümlədən DQ ordu komandiri 1994-cü il iyulun 27-də yazılı surətdə təsdiq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi problemi sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addımdır.
Bu dövrdə Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm demokratik dəyişiliklər baş vermiş, aqrar islahatların aparılması haqqında qanunlar, eyni zamanda özəlləşdirmə qanunu və konsepsiya qəbul edilmişdir. Azərbaycanda iqtisadi potensialı hərəkətə gətirmək, maliyyə sistemində köklü dəyişikliklər sahəsində ciddi addımlar atılmışdır.
Respublikamızın dövlət müstəqilliyinə, suverenliyinə qənim kəsilən düşmən qüvvələri narahat edən də məhz bu uğurlu siyasətdir.
Azərbaycanda dövlət müstəqilliyi xəttinin uğurlarını görən daxili və xarici antiazərbaycan dairələr daha kəskin və təhlükəli siyasi təxribatlara əl atdılar. Fəlakətli vətəndaş müharibəsinin və Azərbaycan müstəqilliyinin məhvolma təhlükəsinin qarşısını məhz Heydər Əliyev aldı.
Oktyabr dövlət çevrilişi cəhdi ərəfəsində hərbi-siyasi müxalifət daha bir cinayətkar akta - qanlı terrora əl atdı. Bundan sonra 4 oktyabr 1994-cü il tarixdə «Üçtəpə» qonaq evində toplanmış 300-ə yaxın silahlı adam dəstələrə bölünərək şəhər binasını və qonaq evini, MTN-in Gəncə şəhər şöbəsini, hava limanını, poçt və teleqraf binalarını, telestudiyanı ələ keçirdilər.
Oktyabrın 4-dən 5-nə keçən gecə xalqımızın ümummilli lideri Heydər Əliyevin müraciəti ilə xalq, dövlətə sadiq hərbi hissələr və polisin sağlam qüvvələri Gəncədə dövlət cinayətinin qarşısını qətiyyətlə aldılar. Oktyabrın 5-i səhər saat 8-dək şəhər cinayətkarlardan təmizləndi, normal həyat bərpa olundu. Elə həmin gün 100-dən çox cinayətkar yaxalandı.
H.Əliyevin müdrikliyi və xalqın birliyi sayəsində çevrilişin qarşısı alındı.
Oktyabr və mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqlı dühası, zəngin siyasi təcrübəsi, xalqa tam vəhdəti, beynəlxalq nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində mümkün oldu. Dövlət çevrilişinə cəhd göstərən xəyanətkar qüvvələr hər şeyi əvvəlcədən ciddi ölçüb-biçsələr də bir həqiqəti unutmuşdular. Bu da xalq amili idi. Oktyabr və mart hadisələrində Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sədaqətini, siyasi yetkinliyini, müstəqillik ideyalarının ümummilli ideala çevrildiyini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərərək xalq iradəsinin yeganə təmsilçisi, dövlət təhlükəsizliyimizin yeganə təminatçısı olduğunu bir daha sübut etdi. Düşmənin məkirli planı, Azərbaycanı daxildən parçalamaq niyyəti növbəti dəfə dövlət başçısının siyasi uzaqgörənliyi, qətiyyəti və sarsılmaz iradəsi ilə qarşılaşdı və puça çıxdı.
2 fevral 1996-cı ildə Respublika sarayında müstəqil Azərbaycan Respublikası Gənclərinin birinci forumu keçirildi. Müstəqil Azərbaycan Respublika gənclərinin birinci forumunda xalqımızın ümummilli lideri Heydər Əliyev çox məzmunlu nitqlə çıxış edib, gənclərin qarşısında duran proqram tələblərini bildirdi:
«İndi ordumuzun 90 faizini gənclər təşkil edir, Gənclər Təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq Müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır.
Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual olmuşudur».
Bunsuz xalqın milli yaddaşını inkişaf etdirmək qeyri-mümkündür. Müstəqil dövlət şəraitində böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki, o, əzabla əldə edilmiş müstəqilliyi qoruyub inkişaf etdirməyə qadir olsun.
Hərbi-fiziki tərbiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılamağı zəruri edir. Erməni təcavüzkarlarının Respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir.
Dünya şöhrətli siyasətçi xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatında millətin yaddaşına yazılmış anlar, məqamlar çox olmuşdur. Onun Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan, onun havadarları dünya diplomatiyası sahəsində Azərbaycan xalqının mifik ’’adam yeyən’’ obrazını yaratmışdı. Azərbaycan siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da Azərbaycan xalqının haqq sözünü deməkdə çətinlik çəkirdi. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi dünya siyasət aləmində Azərbaycan haqqında yaranmış qeyri - obyektiv münasibət və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım böyük Çin səddini keçib Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti bu haqq və ədalət sözünün yüksək zirvəsi oldu. Azərbaycan xalqı mavi ekran qarşısında ən gərgin səhnənin şahidinə çevrildi. 52 dövlət bəyannaməsində 20-ci maddədə irəli sürülmüş prinsipləri, Azərbaycanın xeyrinə müdafiə etdi. Bu xalqımızın yaddaşına həkk olunası ən zəruri məsələ idi. Ən nəhayət, böyük qələbə idi, fəlakətlərlə dolu olan müharibəyə dərin nifrət idi.
Lissabon görüşü Azərbaycan üçün çox faydalı olmuşdur. Çünki Azərbaycan artıq özünün ərazi bütövlüyünün tanınması haqda razılıq əldə etmişdir. Bu prinsiplərin təsdiqi bütün dünyaya göstərdi ki, Azərbaycan öz mövqeyində qəti dayanmışdır. Lissabon görüşü göstərdi ki, ermənilər, erməni təcavüzləri ifşa olunmuşdur. Beynəlxalq ictimaiyyət ermənilərin təcavüzkar siyasətlərini pislədi. Dünya ictimaiyyəti bildi ki, Ermənistan yeganə dövlətdir ki, məsələnin sülh yolu ilə həllinə mane olur.
Belə vəziyyətdə xalqımızın ümummilli lideri Heydər Əliyev 1996-cı ilin noyabr ayında ATƏT dövlətinin başçılarını bu üç prinsipin vacibliyi və ATƏT-in bütün üzvləri tərəfindən bəyənilməsinin zəruriliyi barədə müraciət etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev dünyanın ən təcrübəli və görkəmli siyasətçilərindən biri olaraq respublikamızda demokratiyanın, insan haqlarının qorunması, Azərbaycanın torpaq bütövlüyünün və müstəqilliyinin möhkəmləndirilməsi yolunda əldə etdiyi tarixi nailiyyətlərinə görə 1997-ci ildə Türkiyənin «Nərgiz TV» televiziya kanalının keçirdiyi rəy sorğusunda qalib gələrək - insan haqları və ilin dövlət adamı mükafatına layiq görülmüşdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci il mayın 22-də ölkədə hər il iyun ayının 26-nın Milli Ordu Günü kimi qeyd olunması barədə fərman imzaladı. Elə həmin ildə Prezident Heydər Əliyevin dəstəyi və himayəsilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialı yaradıldı.
1996-cı ildə ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qamışdır. Sonralar, 1999 və 2002-ci illərdə Naxçıvanda olan ümummilli lider yeni obyektlərin açılışında, müxtəlif hərbi hissələrdə olaraq yeniliklərlə maraqlanmış, kursantlara, müəllim-zabit heyətinə, döyüş bölgələrinin əsgərlərinə dərin minnətdarlıq etmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
2002-ci ilin iyununda Naxçıvana səfər edən Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialını ziyarət edərək kollektivlə səmimi görüş keçirmiş və kursantlara müraciətlə belə demişdi: «Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi doğrultmalısınız, İnanıram ki, doğruldacaqsınız.
Mən sizə cansağlığı arzu edirəm. Sizə yaxşı təhsil almağı, peşəkar hərbçi olmağı, Vətəni qorumaq peşəsinə yaxşı yiyələnməyi, yüksək rütbəli zabit olmağı arzulayıram».
Elə həmin il noyabr ayının 19-da Heydər Əliyev «Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında» sərəncam imzalayır. 2003-cü il aprelin 19-da, yubiley münasibətilə Hərbi Liseydə olan Heydər Əliyev qazanılan son nailiyyətlərə xeyli sevinmiş, aprelin 21-də isə Respublika Şurasındakı yubiley təntənəsində böyük sevinc nitq söyləmişdir. O, çıxışında xüsusi olaraq vurğulamışdır ki, 30 il əvvəl min-bir çətinliklə yaratdığı bu məktəb böyük uğurlar əldə etmiş, layiqli hərbçilər hazırlamış və onların əksəriyyəti Milli Ordumuzun adlı-sanlı zabitləri, generallarıdır. Daha sonra o, qeyd etmişdir ki, bütünlükdə Milli Ordumuzun bayramı olan bu yubiley günündə Hərbi Liseyin 30 il ərzində indiki səviyyəyə yüksəlməsi və inkişafından böyük qürur duyur.
Azərbaycan xalqı bugünkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.
Qurtuluş günü ilə başlanan müasir tariximizin on üç illik dövründə əldə olunmuş nailiyyətələrə görə xalqımız xilaskar liderimiz Heydər Əliyevə minnətdardır. Bu günkü sabitliyi, əmin-amanlığı xalqımıza məhz Heydər Əliyev bəxş etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi. Azərbaycan bütün dünyada tanındı.
Belə bir ağır, təhlükəli dövrdə ümummilli liderimiz Heydər Əliyev xalqın dadına yetişdi. Bu qayıdışla o, Azərbaycanda vətəndaş müharibəsini aradan qaldırdı. Düşmənlərimizin Azərbaycanı parçalamaq, məhv etmək planlarını puça çıxardı. Xalqımız, Müstəqil Azərbaycan fəlakətdən xilas oldu. Bu gün düşmən ayaqları altında inildəyən Vətən torpağı bizim hər birimizi haraya çağırır… Ataların, babaların məzarları mənfur erməni cəlladlarının təhqirinə məruz qalıb. Onların ruhu bizi köməyə səsləyir. Müqəddəsdən-müqəddəs olan Vətən təhlükədədir. Artıq ölüm və ya olum vaxtı çatıbdır. Əsirlikdə min-bir əzab-əziyyətlərə, məhrumiyyətlərə düçar olan həmvətənlərimiz bizdən imdad gözləyir. Bu gün namusu, qeyrəti olan hər bir azərbaycanlı müharibənin qələbə ilə başa çatmasına öz şəxsi köməyini əsirgəməməlidir.
Xalqımızın bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş xalqımızın ümummilli lideri Heydər Əliyevin vətənpərvərliyə dair əməlini və nəzəri görüşlərini yüksək qiymətləndirir və onu minnətdarlıqla yad edir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazandığı, ərazi bütövlüyü uğrunda mübarizə apardığı, xalqımızın birliyini təmin etməyin daha çox zəruri olduğu indiki dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyev kimi şəxsiyyətlərin nümunəsinə, bu cür nümunələrin geniş təbliğinə ehtiyac qat-qat artmışdır.
Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı gənc və qətiyyətli prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz o dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq.
Dilqəm QULİYEV,
pedaqogika üzrə fəlsəfə doktoru, professor
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə Superliqasının çempionları
Bugün, 02:07 Futbol
-
Ümummilli lider Heydər Əliyevin vətənpərvərlik görüşləri
Bugün, 01:28 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Bugün, 00:21 Gündəm
-
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib
Bugün, 00:15 Gündəm
-
“Vinisiusla razılaşma vardı, amma "Real" daha yaxşı təklif etdi”
09.05.2026, 23:39 Futbol
-
"Qalatasaray" 26-cı çempionluğunu rəsmiləşdirdi
09.05.2026, 23:36 Futbol
-
“Şəhərlilər”dən inamlı qələbə: "Arsenal" ilə fərq 2 xala endi
09.05.2026, 23:01 Futbol
-
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində mövqeyini yaxşılaşdırdı
09.05.2026, 22:54 Futbol
-
Qurban Qurbanov verilən cəzalardan danışdı
09.05.2026, 22:30 Futbol
-
"Enfild"də sülh
09.05.2026, 20:40 Futbol
-
Avropa Kubokunun ilk günündə 5 medal
09.05.2026, 20:28 Cüdo
-
"Qarabağ" Qəbələ səfərindən bir xalla qayıdır
09.05.2026, 19:30 Futbol
-
Sabah Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına start verilir
09.05.2026, 19:15 Velosiped
-
Karateçimiz Avropa çempionu oldu
09.05.2026, 18:58 Əlbəyaxa döyüş növləri
-
Hans-Diter Flik: "Bunun yalnız “Real"a xas olduğunu düşünmürəm"
09.05.2026, 18:26 Futbol
-
"Real"ın baş məşqçisi: "Bu davada günah mənim idi"
09.05.2026, 18:07 Futbol
-
Cüdoçumuz bürünc medalı əldən verdi
09.05.2026, 17:23 Cüdo
-
"Böyük Dəbilqə": Cüdoçumuz üçün bürünc medal şansı
09.05.2026, 15:58 Cüdo
-
Şimali Koreya Pekin-2022-dən imtina etdi
09.05.2026, 15:45 Olimpiya oyunları
-
“Sabah”ın baş məşqçisi Azərbaycan Kubokunda tarixə düşdü
09.05.2026, 15:44 Futbol
-
Bakı-Xankəndi yarışı növbəti illərdə Kəlbəcərdə də keçirilə bilər
09.05.2026, 15:16 Velosiped
-
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu açıqlandı
09.05.2026, 15:04 Velosiped
-
PSJ yeni ev formasını təqdim etdi
09.05.2026, 14:41 Futbol
-
Almaniyalı yarımmüdafiəçi “Milan”a keçə bilər
09.05.2026, 14:33 Futbol
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər
09.05.2026, 14:27 Gündəm
-
Məktəblərdə dərslər dünya çempionatına görə erkən bitəcək
09.05.2026, 14:14 Futbol
-
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
09.05.2026, 14:03 Gündəm
-
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
09.05.2026, 13:59 Video qalereya
-
"Böyük Dəbilqə": Cüdoçumuz finalın bir addımlığında
09.05.2026, 13:50 Cüdo
-
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09.05.2026, 13:45 Gündəm
-
Marneulidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
09.05.2026, 12:07 Fotoqalereya
-
“Əl-Hilal” 10-cu dəfə Səudiyyə Ərəbistanı Kubokunun qalibi oldu
09.05.2026, 12:01 Futbol
-
"Böyük dəbilqə": Astanada daha iki cüdoçumuz mübarizəyə başlayır
09.05.2026, 10:23 Cüdo
-
Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
09.05.2026, 10:09 Futbol