Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
Olimpiya dünyası
28.05.2026, 15:42
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Azərbaycan İdman Veteranlarının İctimai Birliyinin sədri, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür.
Olimpnews.az xəbər verir ki, Zemfira Meftaxetdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Təhsilini A. Məmmədov adına 115 nömrəli tam orta məktəbdə alıb. Atıcılığa marağı olan 12 yaşlı Zemfira dərslərdən sonra qızlarla birgə evləri ilə üz-üzə olan atıcılıq tirində bu idman növü ilə məşğul olmağa başlayıb. Zemfira Meftaxetdinova Hafiz Cəfərovun rəhbərliyi altında Daxili işlər Nazirliyinin İdman Cəmiyyətində məşqlərini davam etdirib.
1979–1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000–2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftaxetdinova Dünya və Avropa çempionatlarında da dəfələrlə qələbə qazanıb. O, 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa çempionatlarının qalibi olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftaxetdinova 1995 və 2001-ci illərdə Dünya çempionatlarının qızıl medalını qazanıb. Sidney-2000 XXVII Yay Olimpiya Oyunlarında stend atıcılığı üzrə yarışlarda qızıl, Afina-2004 XXVIII Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Zemfira Meftaxetdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2004-cü ildə "Tərəqqi" medalı, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Daxili işlər orqanlarında xidmətlərinə görə 2018-ci ildə "Vətən uğrunda" medalına layiq görülüb.
Zemfira xanımı bütün olimpiyaçılar və ölkəmizin idman ictimaiyyəti adından təbrik edirik.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika