Bu gün "El-Klasiko" var

Bu gün \"El-Klasiko\" var 

Futbol

Bugün, 11:47

Bu gecə İspaniya futbolunun zirvə qarşılaşması - "El-Klasiko" baş tutacaq. 

Olimpnews.az xəbər verir ki, La Liqanın 35-ci turu çərçivəsində "Barselona" doğma "Kamp Nou" stadionunda əzəli rəqibi "Real Madrid"i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnir cədvəlinə liderlik edən katalonlar mövsümün bitməsinə dörd tur qalmış “Kral klubu”nu 11 xal qabaqlayır. Hans-Diter Flikin komandası bu oyunda məğlub olmadığı təqdirdə La Liga çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcək.

Qeyd edək ki, "Barselona" klubu hazırda 88 xalla birinci, Madrid "Real"ı isə 77 xalla ikincidir. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR