Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb

Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb

Velosiped

Bugün, 13:52

Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb.

Olimpnews.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

Qazaxıstanlı Yevgeni Fyodorova qızıl, isveçrəli Aleksandr Balmerə gümüş, uruqvaylı Erik Antonio Faqundesə bürünc medal verilib.

Bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

İkinci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR