Dembele mövsümün ən yaxşı futbolçusu

Dembele mövsümün ən yaxşı futbolçusu

Futbol

Bugün, 10:41

Fransa çempionatında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Olimpnews.az xəbər verir ki, PSJ-nin futbolçusu Osman Dembele Liqa 1-də 2025/2026 mövsümünün ən yaxşı oyunçusu seçilib. Parislilərin hücumçusu mükafatı qəbul edərkən sevincini bölüşüb və komandadakı hər kəsə təşəkkürünü bildirib.

Fransalı futbolçu çıxışında ailəsinə, klub rəhbərliyinə və baş məşqçi Luis Enrikeyə xüsusi təşəkkür edib:

“Belə bir məşqçi ilə çalışdığım üçün özümü çox şanslı hesab edirəm. Bu uğurda komanda yoldaşlarımın da böyük payı var”.

Dembele komanda yoldaşı Vitinya haqqında da zarafatla danışıb. O bildirib ki, portuqaliyalı yarımmüdafiəçi də bu mükafata layiq futbolçulardan biri idi:

“Vitinya məndən ona bir az daha çox “hörmət” etməyimi istəmişdi. O, möhtəşəm komanda yoldaşıdır. Düşünürəm ki, bu mükafatı o da qazana bilərdi, amma cəmi bir qolla yox”.

Qeyd edək ki, Dembele cari mövsümdə göstərdiyi sabit performansla həm Liqa 1-də, həm də Avropa arenasında diqqət mərkəzində olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR