"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi

\"Şəfa\"nın yeni baş məşqçisi müəyyənləşdi

Futbol

Bugün, 17:55

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR