Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
Gündəm
24.06.2026, 17:41
Azərbaycan idmançısı Zülfüqar Süleymanov Belçikanın Varegem şəhərində ustalar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Olimpnews.az xəbər verir ki, M-40 yaş kateqoriyasında 71 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən qaldırma hərəkətində 109 kq, təkanla qaldırmada isə 135 kq nəticə göstərib. O, ümumi hesabda 244 kq nəticə ilə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Zülfüqar Süleymanov həmçinin, birdən qaldırma hərəkətində 109 kq nəticə ilə şəxsi rekordunu da yeniləyib.
Avropa çempionumuz yarışdan sonra təəssüratlarını Olimpnews.az-la bölüşüb. “Avropa çempionatında birdən qaldırma hərəkətinə 98 kq çəki ilə başladım. Növbəti cəhdimdə 105 kq, son sifarişimdə isə 109 kq çəkini ram etdim. Hər üç yanaşmanı uğurla yerinə yetirdim və birdən qaldırmada birinci oldum. Təkanla qaldırmada ilk yanaşmada 125 kq, növbəti cəhdimdə isə 135 kq çəkini qaldırdım. Sonuncu yanaşmada 139 kq çəkini ram etməyə çalışsam da, bu cəhd uğursuz alındı. Buna baxmayaraq, ümumi nəticədə 244 kq göstərici ilə Avropa çempionu oldum”, - deyə Zülfüqar Süleymanov bildirib.
İdmançımız yarışda rəqiblər arasında güclü rəqabətin olduğunu da qeyd edib: “Yarışdan əvvəl rəqiblərimlə aramda olan güclü rəqabəti hiss etməmək mümkün deyildi. İlkin sifarişlər çox aşağı elan olunmuşdu. Lakin sonradan rəqiblər mənim sifarişlərimi izləməyə başladılar. Mən çəkiləri artırdıqca, onlar da sifarişlərini yüksəltməyə məcbur olurdular. Hətta isinmə zalında belə sifarişlər üzərində ciddi rəqabət gedirdi. Nəticədə üstünlük mənim tərəfimdə oldu. Əsas rəqibim 98 kq çəkini qaldırdı, mən isə yekunda 109 kq çəkinin öhdəsindən gəldim. Rəqib isə 105 kq çəkidə uğursuzluqla üzləşdi və birdənqaldırmada mübarizə mənim qələbəmlə yekunlaşdı. Təkanla qaldırmada isə rəqib artıq məni təqib etmədi. Mən 125 kq çəki ilə başladım, əsas rəqibim isə 115 kq sifariş verdi. Sonradan 120 kq və 121 kq çəkiləri sifariş etdi. Mən isə 135 kq çəkini uğurla qaldırdım. Təəssüf ki, rekord cəhdim - 139 kq çəkini qaldırmaq mümkün olmadı. Düşünürəm ki, buna zalda kondisioner sisteminin olmaması və havanın həddindən artıq isti keçməsi təsir göstərdi. Lakin buna baxmayaraq ümumi nəticədən razı qaldım. Əsas məqsədim çempion olmaq və qızıl medal qazanmaq idi. Yarışdan sonra qaldırılan çəkilərin göstəricilərinə əsasən ən güclü idmançının müəyyənləşdirilməsi nəzərdə tutulur. Ümid edirəm ki, həmin siyahıda da yer alacağam. Fürsətdən istifadə edib, yarışa ezam olunmağımda göstərilən dəstəyə görə “Azərbaycan Hava Yolları”na minnətdarlığımı bildirirəm”, - deyə Zülfüqar Süleymanov bildirib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında iki idmançı ilə təmsil olunub. Yarışın əvvəlki günlərində M-75 yaş kateqoriyasında, 79 kq çəki dərəcəsində çıxış edən Sərdar Quliyev birdən qaldırmada 52 kq, təkanla qaldırmada isə 65 kq nəticə göstərərək ümumi hesabda gümüş medal qazanıb. Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl və 1 gümüş medalla başa vurub.
Xatırladaq ki, Zülfüqar Süleymanov ötən il də ustalar arasında Avropa çempionatının qalibi olub. O, Albaniyada keçirilən yarışda qızıl medal qazanmaqla yanaşı, Avropa rekordunu da yeniləyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol