Bu gün dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Bu gün dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Olimpizm xəbərləri

Bugün, 10:06

Azərbaycanın iki qadın güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayır.

Olimpnews.az xəbər verir ki, yarışın növbəti günündə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Bundan əlavə, üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq. 

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov (87 kq) isə təsəlliverici qarşılaşmada Latana Sopa (Amerika Samoası) ilə görüşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR