Yaponiyanın Təhsil, İdman və Elm naziri Xakubun Simomura maraqlı açıqlama verib. Nazir bildirib ki, Tokioda 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarını qəbul etmək üçün möhtəşəm stadionun tikintisi ölkənin büdcəsinə uyğun deyil. "Bu stadionun tikinti planına bir daha nəzər salmaq lazımdır. Layihə hər şeydən əvvəl insanların maraqlarına və ehtiyaclarına cavab verməlidir”, - deyə Xakubun Simomura bildirib.