Rio-2016 Olimpiadasının büdcəsi 9 milyardı keçib

Rio-2016 Olimpiadasının büdcəsi 9 milyardı keçib
Bu ilin yayında Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının büdcəsi 2015-ci ildə tutulan smeta dəyərini 100 milyon dollar üstələyib. Braziliya mətbuatının yazdığına görə, olimpiadanın büdcəsi 9,73 milyard təşkil edir.

Olimpnews.az saytının məlumatına görə, yerli mətbuat büdcənin bu qədər artmasının Braziliyanın maliyyə durumuna ciddi zərbə vuracağını yazır. Halbuki ölkə iqtisadiyyatının vəziyyəti son 20 ildə o qədər də ürəkaçan deyil. Ölkə hakimiyyəti ötən il, Rio-2016 Olimpiadasının təşkilinə mane olmamaqla, bacardığı qədər xərcləri azaltmağa çalışıb. Hökumət dairələri bu işi mümkün qədər sponsorların hesabına həll etmək istəyirlər.
Qeyd edək ki, 2009-cu ildə olimpiadanın smeta dəyəri 28,8 milyard Braziliya realı təşkil edib.