Neymar Olimpiya Oyunlarında çıxış edəcək

Neymar Olimpiya Oyunlarında çıxış edəcək
"Barselona” komandasının rəhbərliyi məşhur braziliyalı futbolçu Neymarın bu ilin avqustunda keçiriləcək Rio-2016 Yay Olimpiya Oyunlarında öz millisini təmsil etmək üçün Braziliyaya getməsinə icazə verib.

Olimpnews.az saytının məlumatına görə, Braziliya yığmasının baş məşqçisi Karlos Dunqa 24 yaşlı futbolçunun icazəsini almaq üçün İspaniyaya gedib və "Barselona”nın rəsmiləri ilə görüşüb.

Xatırladaq ki, Rio-2016 Yay Olimpiya Oyunları bu ilin 5-21 avqustunda Braziliyada keçiriləcək. Olimpiadanın futbol turnirində hər yığma komandada yaşı 23-dən artıq 3 idmançının iştirakına icaəz verilir.