Dopinq analizləri yenidən yoxlanılacaq

Dopinq analizləri yenidən yoxlanılacaq
London-2012 Yay Olimpiya Oyunlarında götürülən dopinq analizləri XXXI Yay Olimpiadasından əvvəl yenidən yoxlanılacaq. Olimpnews.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin Tibb Komissiyasının direktoru Riçard Badjetin sözlərinə görə, London-2012-də aparılan dopinq analizləri yeni qayda ilə təkrar yoxlanılacaq. Bu testdən yalnız Rio-2016 Yay Olimpiya Oyunlarında medala iddialı idmançılar keçəcəklər. Yoxlama zamanı Rusiya, Keniya və Efiopiya atletlərinə ciddi nəzarət olacaq.

"Rio-2016 Yay Olimpiya Oyunlarından əvvəl Londondakı test analizləri yenidən nəzərdən keçiriləcək. Biz WADA ilə sıx əlaqə saxlayırıq və artıq hansı olkələrin hansi idman növləri üzrə yoxlanılması barədə razılaşmışıq. Testdən yalnız Rio-2016 Olimpiadasında mükafatalayiq yerləri tuta biləcək idmançılar keçəcəklər. Biz dopinq nümunələrini 8-10 il ərzində saxlamağı düşünürük. Çünki elm və texnikanın bundan sonra necə inkişaf edəcəyini deyə bilmərik”, - deyə BOK-un Tibb Komissiyasının direktoru bildirib.