Rusiyalı atletlərin mükafatları geri alındı

Rusiyalı atletlərin mükafatları geri alındı
Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) və Ümumdünya Antidopinq Agentliyi (WADA) dopinq qəbul etməkdə təqsirləndirilən Rusiya yüngül atletlərini Olimpiya Oyunları və dünya çempionatlarının bir sıra mükafatlarından məhrum edib.

Olimpnews.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsinin (CAS) Lozannada keçirilən iclasında qəbul edilən qərar idman yerişi növünün nümayəndələri Sergey Kirdyapkin, Olqa Kaniskina və Sergey Bakulin, habelə qaçış ustası Yuliya Zaripovaya aiddir.