Velodrom sınaq yarışlarına hazır deyil

Velodrom sınaq yarışlarına hazır deyil

Velosiped idmanı üzrə Rio-de Janeyrodakı Olimpiya obyektində təşkili planlaşdırılan sınaq yarışları təxirə salınıb. Olimpnews.az saytının məlumatına görə, buna səbəb velodromun yarışa hazır olmamasıdır.

Rio-2016 Olimpiya Oyunları Təşkilat Komitəsi sınaq yarışlarının martın 18-20-də təşkilini planlaşdırırdı. Hazırda idman tədbirinin 30 aprel-1 may tarixinə keçirilməsi barədə qərar verilib. Lakin ötən həftə aparılan yoxlamalar velodromun nəmişlik səbəbindən hələ may ayının axırlarına qədər hazır ola biləcəyini göstərib.

Məlumat üçün bildirək ki, Rio-2016 Yay Olimpiya Oyunlarında velosiped yarışları avqustun 11-16-da keçiriləcək.