Rio-2016 Olimpiadasının məşəli alovlandırılıb

Rio-2016 Olimpiadasının məşəli alovlandırılıb



Aprelin 21-də Yunanıstanın Afina şəhərində XXXI Yay Olimpiya Oyunlarının məşəli təntənəli şəkildə alovlandırılıb.
Məşəl mayın 3-də olimpiadanın keçiriləcəyi Braziliyaya istiqamət götürəcək. Məşəl estafeti yarışların təntənəli açılış mərasimində, yəni avqustun 5-də başa çatacaq.
Məşəl ənənəvi olaraq Yunanıstanın Pelopennes yarımadasındakı Olimp şəhərinin dağıntıları olan yerdə alovlandırılıb. Mərasim qədim yunan geyimlərində olan qızların müşayiəti ilə aparılıb.
Xatırladaq ki, ilk Olimpiya məşəlinin yandırılması Amsterdamda təşkil edilən IX Yay Olimpiya Oyunlarına təsadüf edir. İlk məşəl estafeti isə Berlin-1936 Yay Olimpiya Oyunlarında həyata keçirilib.
Rio-2016-nın Olimpiya məşəlini daşıyan ilk idmançı yunanıstanlı gimnast Elefterios Petrunas olub. Petrunasdan məşəli məşhur braziliyalı voleybolçu, ikiqat Olimpiya çempionu Jiovane Qavio təhvil alıb.
Məşəl estafeti bir həftə ərzində Yunanıstanı dolaşdıqdan sonra aprelin 27-də təyyarə ilə Braziliyaya yola salınacaq. Olimpiya məşəli 95 gün ərzində quru yolu ilə 20 min km, hava yolu ilə 10 min km məsafə qət edərək Braziliyanın 329 yaşayış məntəqəsindən keçəcək.
XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək təşkil ediləcək və bu, Cənubi Amerikada keçiriləcək ilk olimpiada kimi tarixə düşəcək.