400 metr məsafəyə qaçış üzrə ikiqat Olimpiya çempionu Feliks Sançes peşəkar idmançı karyerasını başa vurub.
39 yaşlı atlet bundan sonrakı həyatını ailəsinə sərf edəcəyini bildirib.
Dominikanlı Sançes Rio-2016 Yay Olimpiya Oyunlarında şərhçi işləməyə qərar verib.
Qeyd edək ki, idmançı Afina-2004 və London-2012 Olimpiya Oyunlarının qızıl medalçısıdır. O həm də 2001 və 2003-cü illərdə dünya çempionatlarının qalibi olub.