Olimpiya məşəlini suriyalı idmançı daşıyıb

Olimpiya məşəlini suriyalı idmançı daşıyıb


Qaçqın idmançılar adından Rio-2016 Yay Olimpiya Oyunlarının məşəlini daşımaq Suriyalı üzgüçü, əlil idmançı İbrahim əl-Hüseynə həvalə edilib.

Xatırladaq ki, XXXI Yay Olimpiadasının məşəli aprelin 21-də qədim Olimp şəhərində alovlandırılıb. Suriyalı idmançı məşəl estafetinin Yunanıstan mərhələsinin son məşəlçisi olub və aprelin 27-də məşəl Rio-2016 Təşkilat Komitəsinə təhvil verilib.

İbrahim əl-Hüseyn 2012-ci ildə ölkəsində baş verən güclü partlayış nəticəsində sağ ayağını itirib və hazırda protezdən istifadə edir. İdmançı üzgüçülükdən başqa, cüdo ilə də məşğul olur. O mərasimlə bağlı deyib: "Olimpiya məşəlini daşımaq mənim üçün böyük şərəfdir. Hələ 20 yaşındaykən olimpiadada iştirak etmək istəyirdim. Məşəli daşıdığım üçün qürur duyuram”.

Məlumat üçün bildirək ki, mart ayında Beynəlxalq Olimpiya Komitəsi öz rəsmi saytında Rio-2016 Olimpiadasında iştirak edəcək qaçqın idmançıların sayının 5 nəfərdən 10-dək olacağını barədə məlumat yaymışdı. Komandanın dəqiq tərkibi barədə son qərar BOK İcraiyyə Komitəsinin iyun ayında keçirilən iclasında müəyyən ediləcək. Qaçqın idmançılardan ibarət komanda Rio-2016-nın təntənəli açılış mərasimində tribunadan ev sahibi Braziliyadan öndə, Olimpiya bayrağı və himni altında addımlayacaq.