Rio-2016 Olimpiadasına gerisayım başladı

Rio-2016 Olimpiadasına gerisayım başladı



XXXI Yay Olimpiya Oyunları bu il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək. Dünyanın 200-dən artıq ölkəsindən olan idmançılar 34 idman növündə 306 medal uğrunda yarışacaqlar.

Məşəl estafetinin Yunanıstan mərhələsi başa çatdıqdan sonra Olimpiya odu aprelin 27-də təşkilatçı ölkəyə, Braziliyaya təhvil verilib. Məhz bu tarixdən başlayaraq dünyanın nəhəng idman tədbirinin vaxtı geriyə hesablanacaq. Olimpiya məşəli Afinada Braziliya səfirliyinə təhvil verildikdən sonra İsveçrənin Cenevrə şəhərinə, ardından mayın 3-də Cənubi Amerika ölkəsinə gətiriləcək. Olimpiya simvolu Braziliyanın müxtəlif ştatlarının 334 şəhərinə aparılacaq.