Nadal İspaniya Olimpiya yığmasının bayraqdarı seçilib

Nadal İspaniya Olimpiya yığmasının bayraqdarı seçilib



İspaniyanın Milli Olimpiya Komitəsi Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında ölkənin bayraqdarı olacaq idmançının adını açıqlayıb. Bu, dünya şöhrətli tennisçi Rafael Nadaldır.
Bu məqsədlə keçirilən səsvermədə alternativ namizəd olmayıb. İspaniya MOK-un bütün üzvləri məşhur tennisçinin namizədliyini dəstəkləyiblər.
Rafael Nadal London-2012 Olimpiadasında da milli komandanın bayraqdarı seçilmişdi. Lakin yarışlardan qabaq zədələnən idmançı yarışlarda iştirak edə bilmədiyinə görə onu basketbolçu Pau Qassol əvəz etmişdi.

Qeyd edək ki, Rafael Nadal Pekin-2008 Olimpiya Oyunlarının çempionudur.

"olimpnews.az"