Tokio- 2020 Yay Olimpiya Oyunları üçün “ağıllı” avtobuslar sistemi hazırlanır

Tokio- 2020 Yay Olimpiya Oyunları üçün “ağıllı” avtobuslar sistemi hazırlanır

Yaponiyada 2020-ci ildə keçiriləcək Olimpiya oyunları zamanı şəhərin idmançılarının qalacağı liman hissəsində istifadə olunacaq "ağıllı” avtobuslar sistemi hazırlanır.

Olimpnews.az saytının məlumatına görə, həmin avtobuslar yarımavtomat rejimində idarə olunacaqlar. Yəni, misal üçün, dayanacağa yaxınlaşan zaman avtobus özü sürəti azaldacaq və sərnişinləri endirmək və ya götürmək üçün dayanacaq. Yeni sistem digər avtomobillərlə ara məsafəsini də tənzimləyəcək, ehtiyac yaranacağı təqdirdə avtobusun hərəkətini dayandıracaq.

Xüsusi ötürücülər quraşdırılan işıqforlar həmin avtobusları digər nəqliyyat vasitələrindən ayırmağa və "ağıllı” avtobuslar keçincə yolu açıq saxlamağa imkan verəcək. Yeni texnologiya "yaşıl dalğa” adlanan sistemin yaranmasına və ictimai nəqliyyatın daha sürətli hərəkətinə şərait yaradacaq.

Yeni marşrut xətti Olimpiya kəndini yaxınlıqda yerləşən dəmir yolu və metro stansiyaları ilə birləşdirəcək. Oyunlardan sonra dəmir yolunun "Big sight” sərgi kompleksinə qədər uzadılması nəzərdə tutulur.