Pxençxan-2018 Təşkilat Komitəsinin rəhbəri istefa verib

Pxençxan-2018 Təşkilat Komitəsinin rəhbəri istefa verib



2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Ço Yan Xo istefa verib.
Buna səbəb kimi onun direktorlar şurasında sədri olduğu "Hanjin Group” şirkətində maliyyə probleminin olması göstərilir. İş adamı olan Ço Yan Xo bundan sonrakı fəaliyyətini "Hanjin Shipping”i xilas etməyə yönəldəcəyini bəyan edib. Adı çəkilən şirkət həm də Pxençxan-2018 Qış Olimpiya Oyunlarının sponsorudur.
Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 2018-ci ildə fevral ayının 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.