Rivaldo xəbərdarlıq edib

Rivaldo xəbərdarlıq edib



"Qızıl top”un (1999) sahibi və dünya çempionu Rivaldo turistləri XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyro şəhərinə gəlməməyi tövsiyə edib.

Braziliyalı futbolçu bunu ölkəsindəki təhlüksəzlik problemi ilə izah edib. Onun sözlərinə görə, bugünlərdə 17 yaşlı Ann Beatris Pereqra Freyd paytaxtda küçənin ortasında qətlə yetirilib. Gənc qız atalığı ilə birlikdə aeroporta anasını qarşılamağa gedirmiş. Bu barədə "The Sun” nəşri də xəbər verib. Nəşrin yazdığına görə, hadisə Olimpiya obyektlərinə yaxın ərazidə baş verib.

"Vəziyyət günü-gündən pisləşir. Rio-2016 Olimpiadasına gəlmək istəyən hər kəsə evdə qalmağı tövsiyə edirəm. Siz bununla həyatınızı təhlükə altına qoyursunuz. Yalnız tanrı mənim ölkəmdəki vəziyyəti yaxşılığa doğru dəyişə bilər”, - deyə braziliyalı futbolçu bildirib.

Xatırladaq ki, Cənubi Amerikada Olimpiya Oyunları ilk dəfədir keçirilir. Rio-2016 Olimpiadasında dünyanın 206 ölkəsindən idmançılar 301 dəst medal uğrunda yarışacaqlar.