Yaponiya rəsmisi əməkdaşlıq etməyə hazır olduqlarını bildirib

Yaponiya rəsmisi əməkdaşlıq etməyə hazır olduqlarını bildirib

Yaponiyanın baş naziri Sindzo Abe Olimpiada-2020-yə ev sahibliyi uğrunda mübarizə kampaniyasında ədalətsizliyə yol verilməsi ilə bağlı məsələnin araşdırılması üçün Fransanın hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Xəbər verdiyimiz kimi "The Guardian” nəşri bu mübarizədə qalib gəlmək üçün Tokio tərəfinin 1,3 milyon avro rüşvət verdiyi barədə məlumat yayıb. Rüşvətin Beynəlxalq Atletika Federasiyasının (İAAF) keçmiş prezidenti Lamin Diakın oğlu Papa Massato Diakın Sinqapurdakı hesabına köçürüldüyü bildirilir. Hazırda bu məsələ Fransanın hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır.

Xatırladaq ki, XXXII Yay Olimpiya Oyunları 24 iyul- 9 avqust tarixlərində Yaponiyada keçiriləcək.