Çingiz Hüseynzadə AOK-un iclasında iştirak edir

Çingiz Hüseynzadə AOK-un iclasında iştirak edir



Mayın 18-dən 21-dək İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci seminarı keçiriləcək.
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) "olimpnews.az”-a daxil olan məlumata görə, tədbirdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və adıçəkilən qurumun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov təmsil edəcəklər.
Çingiz Hüseynzadə AOK-un İcraiyyə Şurasının üzvü kimi mayın 19-da şuranın iclasında iştirak edəcək. Mayın 20-21-də isə AOK seminarı çərçivəsində Olimpiya Oyunları və yeniyetmələr arasında Olimpiada haqqında hesabat çıxışları təqdim ediləcək. Həmçinin 2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabatı dinləniləcək. Tədbirdə Rio-2016 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin hazırlıq prosesi, qeydiyyat, Olimpiya kəndi və açılış mərasimi müzakirə olunacaq.
Tədbirdə həm də Avropa Olimpiya Komitəsinin 38-ci seminarının keçiriləcəyi ölkənin adı açıqlanacaq.