Olimpiya medalı oğurlanıb

Olimpiya medalı oğurlanıb

Barselona-1992 Olimpiadasının çempionu, ABŞ idmançısı Co Ceykobinin qızıl medalı qarətçilər tərəfindən oğurlanıb.

Olimpnews.az saytının məlumatına görə, hadisə iyunun 6-da axşam baş verib. Oğrular Olimpiya çempionunun avtomobilindən medalla birlikdə, onun çantasını və planşetini də aparıblar. Şahidlərin dediklərinə görə, 3 qaradərili adam maşının şüşəsini sındıraraq niyyətlərini gerçəkləşdiriblər. Hadisə müşahidə kameralarına düşüb.

Cekobinin həyat yoldaşının dediyinə görə, polisin vasitəsilə oğurlanan əşyalar geri qaytaılsa da, medaldan hələ ki, xəbər yoxdur.

Xatırladaq ki, ABŞ idmançızı qızıl medalı Barselona-1992-də avarçəkmə yarışlarında qazanıb.