Dopinq həyəcanı davam edir

Dopinq həyəcanı davam edir

Pekin-2008 Olimpiadasında iştirak edən və adı açıqlanmayan yamaykalı atletin (qaçış) test yoxlamaları müsbət nəticə verib. Olimpnews.az saytının məlumatına görə, həmin idmançının adı yalnız B nümunəsi açıldıqdan sonra bəlli olacaq.

Pekin-2008-də yamaykalı atletlər 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar və bu medallar hamısı qaçışda əldə olunub.

Məlumat üçün bildirək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 və London-2012-də aparılan dopinq yoxlamalarını yenidən araşdırır. Dopinqdən istifadəyə görə hazırda 31 idmançını Rio-2016 Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi gözləyir.