Kalqari Olimpiada-2026 uğrunda mübarizə aparacaq

Kalqari Olimpiada-2026 uğrunda mübarizə aparacaq
Kanadanın Kalqari şəhəri 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik ərizəsini təqdim etməyi planlaşdırır. Olimpnews.az saytının məlumatına görə, bu barədə "Globe and Mail” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, şəhər şurası namizədlik ərizəsinin təqdim olunması ilə bağlı imkanları araşdırmaq üçün büdcədən 3,9 milyon dollar vəsait ayrılmasını dəstəkləyib.
Kalqarinin meri Nahid Nenşi hələ 2015-ci ildə şəhərin növbəti dəfə Olimpiya Oyunlarına ev sahibliyi edə biləcəyindən danışmışdı.

Məlumat üçün bildirək ki, Kalqari ilk dəfə 1988-ci ildə XV Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Əvvəllər Stokholm (İsveç), Leyk-Plesid, Denver, Rino, Bozman və Ankoric (hamısı ABŞ), Alma-Ata (Qazaxıstan), Sapporo (Yaponiya) şəhərlərinin Olimpiada-2026 uğrunda mübarizə aparacağı barədə məlumat bildirilirdi.
Olimpiada-2026-nın vətəni 2019-cu ildə bəlli olacaq.