Ağ pələng və Himalay ayısı talismana çevrildi

Ağ pələng və Himalay ayısı talismana çevrildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2018-ci ildə Koreya Respublikasının Pxençxan şəhərində təşkil olunacaq Qış Olimpiya və Paralimpiya oyunlarının talismanlarını təsdiqləyib.

Olimpnews.az saytının məlumatına görə, təşkilatçılar Olimpiadanın talismanı üçün ağ pələng seçiblər. Koreya mifologiyası və mədəniyyətinə görə, ağ pələng güvən, güc və təhlükəsizlik simvoludur. Paralimpiya Oyunlarının simvolu isə Himalay ayısı seçilib.

Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək, Paralimpiya Oyunları isə martın 9-dan 18-dək keçiriləcək.