Keniya dövləti araşdırma aparır

Keniya dövləti araşdırma aparır

Keniya dövləti Almaniyanın ARD televiziyasında göstərilən film və Britaniyanın "Sunday Times” qəzetində yer alan xəbər bağlı araşdırma aparır. Olimpnews.az saytının məlumatına görə, bu barədə məlumatı Keniyanın idman naziri Xasan Vario verib.

Xatırladaq ki, ARD televiziyasında keniyalı idmançılara həsr olunmuş film nümayiş etdirilib. Həmin filmdə göstərilir ki, keniyalı mütəxəssislər bu ölkənin idmançılarını qadağan olunmuş məddələrlə müntəzəm təmin edirlər. İddialara görə, keniyalı mütəxəssislər britaniyalı atletlərə də qadağan olunmuş maddələr ötürürlərmiş. Xasan Vario deyib: "Bizim idmançılara qarşı aparılan bu təbliğat çox ciddi bir məsələdir. Keniya dövləti bununla bağlı araşdırmalar aparmağı qərar verib. Olimpiya Oyunları ərəfəsində belə bir filmin nümayiş etdirilməsi hamımızın narahatlığına səbəb olub”.