“Etiraf hər hansı zəfər və medallardan çox qiymətlidir”

“Etiraf hər hansı zəfər və medallardan çox qiymətlidir”

Atletika üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən idmançıların rəsmi yolasalma mərasimində göz yaşlarını saxlaya bilməyib. "Mən Kremldə qəbul zamanı göz yaşlarımı saxlaya bilmədim. Unutmayın, bizi öldürə bilməyən şeylər həyatda daha güclü edir. Məncə, etiraf hər hansı zəfər və medaldan çox qiymətlidir”, - deyə Yelena İsinbayeva azarkeşlərinə səslənib.

Olimpnews.az saytının məlumatına görə, dopinq qalmaqalı ilə əlaqədar olaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Antidopinq Agentliyi (WADA) Rusiya yığmasını olimpiadadan kənarlaşırmaq barədə razılığa gəlmişdi. Lakin BOK İcraiyyə Komitəsinin iyulun 24-də keçirilən iclasında atletlər istisna olmaqla, rusiyalı idmançıların Rio-2016 Olimpiadasında iştirakına icazə verib. Rusiyanın idman naziri Vitali Mutkonun Benəlxalq Yüngül Atletika Federasiyasının prezidenti Cebastyan Koedən xahişi də bir nəticə verməyib.

Beləliklə, yalnız bir nəfər yüngül atletin - Darya Klişinanın Rio-2016 Olimpiadasında təmsil olunmasına razılıq verilib.