İrlandiya höküməti bilet satışı ilə bağlı məsələni ararşdırır

İrlandiya höküməti bilet satışı ilə bağlı məsələni ararşdırır



İrlandiya Höküməti Rio-2016 Yay Olimpiya Oyunlarına bilet satışı zamanı baş vermiş dələduzluq məsələsini ararşdırır. Bu məsələdə Patrik Hikki də başda olmaqla, İrlandiya Milli Olimpiya Komitəsinin bəzi rəhbər məmurları günahlandırılır.

Rusiya mətbuatının yazdığına görə, araşdırmanın bir ucu da Soçi-2014 Qış Olimpiya Oyunlarına toxunacaq. Artıq bu məsələ ilə bağlı müstəqil komissiya yaradılıb və komissiyaya Kerrol Moran rəhbərlik edir.

Xatırladaq ki, avqustun 17-də Partik Hikki və onun tərəfdaşları Rio-de-Janeyro çəhərində həbs ediliblər. Braziliya polisinin yazdığına görə, bilet satışından qeyri-qanunu yolla 2,8 milyon avro gəlir əldə edilib.