Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb.
Olimpnews.az saytının məlumatına görə, daha 3 paralimpiyaçımız Braziliyaya yola düşəcək. Belə ki, İdman Arbitraj Məhkəməsinin Rusiyanın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını digər ölkələr arasında bölüb.
Nəticədə, Rio-2016 üçün lisenziyalarımızın sayında dəyişiklik edilib və komandamızın heyətinə daxil olacaq təmsilçilərimizin adları açıqlanıb. London-2012-nin qalibi Afaq Sultanova, həmçinin Ramin Əliyev (hər ikisi cüdo) və Hüseyn Hüseynov (atletika) artıq səfərə yollanacaq heyətə daxil ediliblər.
Bununla da, Paralimpiadada çıxış edəcək təmsilçilərimizin sayı 27-yə yüksəlib.