Müstəqil komissiya araşdırma aparıb

Müstəqil komissiya araşdırma aparıb

Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) bəyan etdiyinə görə müstəqil komissiya Olimpiada-2020-yə ev sahibliyi etmək uğrunda Tokionun namizədlik ərizəsini araşdırıb və bu məsələ ilə bağlı heç bir koorupsiya halına rast gəlməyib.

Olimpnews.az saytının məlumatına görə, məsələnin araşdırılmasına səbəb Yaponiya MOK-nun Beynəlxalq Yüngül Atletika Federasiyasının sabiq prezidenti Lamin Diak və onun oğlu, marketinq kampaniyasına rəhbərlik edən Papa Massata ilə yaxın əlaqələrin olması barədə yayılan məlumatlar olub. Belə ki, Yaponiya MOK-u Tokionun Olimpiada-2020-yə namizədlik dövründə marketinq kampaniyasının hesabına 1,8 milyon avro vəsait köçürüb.

Böyük Britaniya kütləvi informasiya vasitələri isə bu vəsaitin Tokionun namizədlik ərizəsinin qəbul edilməsi üçün Lamin Diaka rüşvət verilməsini iddia edirlər. Lakin müstəqil komissiya həmin məsələ ilə bağlı qanun pozuntusuna rast gəlməyib.