Olimpiya çempionu Uzaq Şərqdə idman bazasının yaradılmasını təklif edib

Olimpiya çempionu Uzaq Şərqdə idman bazasının yaradılmasını təklif edib

Üçqat Olimpiya çempionu Aleksandr Karelin Rusiya üçün Uzaq Şərqdə idman bazalarının yaradılmasını məqsədəuyğun hesab edir. Olimpnews.az saytının məlumatına görə, Olimpiya çempionu əmindir ki, yalnız bu üsulla idmançılar növbəti 3 olimpiadada yaxşı formada çıxış edə bilərlər.

"Uzaq Şərq Yaponiyaya çox yaxındır, eləcə də Koreya və Çinə. Beləcə, idmançılarımız olimpiadaların keçiriləcəyi ölkələrə daha yaxın olmaq imkanı əldə edəcəklər. Onlar heç bir problem olmadan şəraitə rahat uyğunlaşa biləcəklər. Bu imkan nə Avropa, nə də Afrika ölkələrində yoxdur”, - deyə Aleksandr Karelin bildirib.