Tokio Soçinin təcrübəsindən yararlanır

Tokio Soçinin təcrübəsindən yararlanır

Tokio şəhərinin qubernatoru Yuriko Kouke XXXII Yay Olimpiya Oyunlarına hazırlıq prosesində Rusiyanın təcrübəsindən yararlandıqlarını və bunun sonrakı mərhələdə də davam etdiriləcəyini bildirib.

"Soçi-2014 Qış Olimpiya Oyunları Tokio şəhərinin Olimpiada-2020 uğrunda mübarizədə qalib elan olunduqdan sonra keçirilən ilk beynəlxalq mötəbər idman tədbiri idi. Olimpiada dövründə tərəfimizdən Soçi şəhərinə xüsusi qrup ezam edildi. Hansı ki, bu qrup lazımı informasiya toplayır və Soçinin təcrübəsini öyrənirdi. Bizi xüsusilə maraqlandıran təhlükəsizlik, könüllülərlə bağlı məsələlər idi”.