Tomas Bax münasibət bildirib

Tomas Bax münasibət bildirib



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax üçün Rusiya atletlərinin Rio-2016 Yay Olimpiya Oyunların buraxılmaması məsələsinə münasubət bildirib.

BOK prezidenti Yaponiyanın "Yomiuri” qəzetinə verdiyi müsahibəsində deyib ki, Riçard Maklarenin rəhbərliyi altında fəaliyyət göstərən Ümumdünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyasının işindən narazıdır. Çünki adıçəkiən qurum Rio-2016 Yay Olimpiya Oyunlarından kənarlaşdırılan Rusiya idmançılarını dopinqdən istifadədə günahlandırsa da, onların dindirilməsini həyata keçirməyib.

"Mən başa düşmürəm, niyə rusiyalı atletlər dindirilmə aparılmadan WADA-nın sanksiyası ilə razılaşmalı və Rio-2016 Olimpiadasında iştirak etməməli idilər”, - deyə Tomas Bax qeyd edib.

Xatırladaq ki, Rusiya idmançılarının Rio-2016 Olimpiadasına buraxılmamasına WADA-nın müstəqil komissiyasının dopinq qalmaqalı ilə bağlı hazırladığı hesabat məruzəsi səbəb olub. Bu məruzəni rəhbər tutan WADA BOK-dan Rusiya atletlərinin olimpiadadan kənarlaşdırılmasını təklif edib.