Olimpiya stadionunun inşasına 1,5 milyard dollar vəsait ayrılıb

Olimpiya stadionunun inşasına 1,5 milyard dollar vəsait ayrılıb



Yaponiya höküməti 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının keçiriləcəyi stadionun tikintisinə 1,5 milyard dollar vəsait ayırıb. 

Qeyd edək ki, il ərzində tikintinin inşası vəsait və layihə səbəbindən təxirə salınıb. Stadionun inşasına bu ilin dekabr ayında start veriləcək və tikinti 2019-cu ildə başa çatdırılacaq.

Məlumat üçün bildirək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək Yaponiyanın Tokio şəhərində keçiriləcək. Tokio ilk dəfə Olimpiya Oyunlarına 1964-cü ildə ev sahibliyi edib.