Olimpiya çempionunun maşını qarət olunub

Olimpiya çempionunun maşını qarət olunub




Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu olan Kseniya Stolbovanın avtomobili qarət olunub.

"Olimpnews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki Cinayətkarlar idmançının maşınından şəxsi əşyaları oğurlayıblar.

İnsident ötən həftə Moskvanın mərkəzi küçələrindən birində baş verib. Oğrular Soçi Olimpiadasından sonra Kseniyaya hədiyyə verilən maşının arxa şüşəsini sındıraraq içəri daxil olublar.

Kseniya Stolbova tərəfdaşı Fyodor Klimovla Soçi Olimpiadasında komanda hesabında çempion olmuşdu.