Beynəlxalq qurumun prezedenti vəzifəsini tərk edəcək

Beynəlxalq qurumun prezedenti vəzifəsini tərk edəcək



Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Filipp Kreyven bu ilin dekabr ayının axırında, ya da 2017-ci ilin yanvarında öz postunu tərk edəcək. 

Bu barədə Rusiyanın "Rossiyiskaya qazeta” nəşri məlumat yayıb. Mənbədə istefanın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Filipp Kreyven 1950-ci ildə anadan olub. Beynəlxalq qurumun prezidenti aldığı ağır zədədən sonra 40 ildir ki, əlil arabası vasitəsilə hərəkət edir.